Əsas Səhifə > Cəmiyyət > PREZİDENTİN KÜRƏKƏNİNƏ ELSKLÜZİV DƏVƏT

PREZİDENTİN KÜRƏKƏNİNƏ ELSKLÜZİV DƏVƏT


22-03-2012, 11:14
PREZİDENTİN KÜRƏKƏNİNƏ ELSKLÜZİV DƏVƏT

EMİN AĞALAROV DA “ABROVİZİYA”DA ÇIXIŞ EDƏCƏK

Müğənni-bəstəkar Emin Ağalarov Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində eksklüziv olaraq çıxış etməyə dəvət edilib. Bu barədə Trend müğənninin rəsmi saytı "emin-music.com"a istinadən xəbər verir.

Müğənni xalqı qarşısında və 300 milyondan artıq tamaşaçı auditoriyası olan müsabiqədə çıxış edəcəyinə görə çox sevindiyini bildirib.

O vurğulayıb ki, bu, öz Vətənində keçirilən "Eurovision" mahnı müsabiqəsində qonaq kimi çıxış etmək üçün yeganə ən böyük imkandır.

"Bu imkan həyatda bir dəfə olur və bu, çox əladır. Böyük kütlə qarşısında hər dəfə çıxış etmək çox həyəcanlandırıcıdır. Əgər sən öz ölkəndə çıxış edirsənsə, bu, ikiqat həyəcanlandırıcıdır, milyonlarla izləyici qarşısında çıxış etməksə artıq inanılmazdır", - müğənni deyib.

Emin bu müsabiqənin Azərbaycan üçün vacibliyini də qeyd edib.

"Düşünürəm ki, bu, mənim ölkəm üçün ağlasığmaz möhtəşəm şoudur", - müğənni qeyd edib.


Geri qayıt