Əsas Səhifə > Siyasət, Manşet > RÖVNƏQ ABDULLAYEVİN YDM MAXİNASİYASI
RÖVNƏQ ABDULLAYEVİN YDM MAXİNASİYASI22-03-2012, 11:08 |
SOCAR-IN YDM-LƏRİNDƏ NƏDƏN KASSA APARATLARI GÖZƏ DƏYMİR? DİA.AZ: - Son zamanlar Vergilər Nazirliyindən yenə də ayrı-ayrı hədəflərin susdurulması üçün bir təyziq vasitəsi kimi istifadə olunma ənənəsi geniş miqyas alıb. Məsələn, yenə də hansısa «vurulmuş» məmurun qapısını hüquq-mühafizə orqanlarından əvvəl vergi müfəttişləri kəsdirir. Eləcə də vergilər nazirliyi həm də siyasi hakimiyyətin özünə rəqib kimi gördüyü müxalif və müstəqil mətbuatın susdurulmasında da alət rolunu oynamaqdadır. Təbii ki, bu da son nəticədə VN-nin təyinatı üzərə istifadə olunmaması təəssüratını yaradır. Əslində bir çox hallarda VN əməkdaşlarını qınamaq mümkün də olmur. Məlumdur ki, bu gün vergi ödəməli olan iş yerlərinin, obyektlərin əksəriyyəti hansısa məmura aiddir. Belə olan təqdirdə ödənilən real verginin həcminin simvolik xarakter daşıması faktdır. Məsələn, son zamanlar Bakını «işğal etməkdə olan», sayı durmadan artan, gündə yeni bir ərazidə peyda olan SOCAR yanacaqdoldurma məntəqələrinin birbaşa olaraq Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevə aid olması faktdır. İndi kim iddia edə bilər ki, Rövnəq Abdullayevin obyektində dövlətin vergisi vaxtlı-vaxtında və tam qanunlar çərçivəsində ödənir? Təbii ki, kimsə belə bir iddiada buluna bilməz. Qeyri mümkündür. Bayram günləri olmasına baxmayaraq DİA.AZ əməkdaşları SOCAR-a aid YDM-lərdə böyük sıxlıq müşahidə ediblər. Əməkdaşlarımızın bildirdiyinə görə, benzinin daha keyfiyyətli olması sürücülərin SOCAR-a cəlb olunması ilə nəticələnib. Necə ki, bir zamanlar «Azpetrol» Neft Şirkətinə aid YDM-lər sürücülər arasında populyar idi, indi eyni «hörmətli mövqe»ni SOCAR-ın YDM-ləri tutur. Əməkdaşımız müşahidələri nəticəsində öyrənə bilib ki, şıdırğı alverinin getməsinə baxmayaraq SOCAR-ın YDM-lərində alqı-satqı prosesi rəsmiləşmir, yəni prses kassaya vurulmur. Hətta Bibiheybət məntəqəsində bu şirkətə aid olan YDM-də isə ümumiyyətlə kassalar yığışdırılıb. Əməkdaşımız bir neçə sürücü ilə söhbət etdikdə öyrənə bilib ki, əvvəllər həmin YDM-də kassa aparatı olsa da, artıq 2-3 aydır ki, nə sürücülərə çek verən var, nə də kassadan istifadə edən. Hər halda, belə bir özbaşınalığa yalnız kifayət qədər ciddi rıçaqlara malik məmurlardan birinə güvənən bir şirkət imza ata bilər. Bu «bespredel» hansısa arxasız sahibkarı aşan bir məsələdir… Geri qayıt |