Əsas Səhifə > Siyasət, Manşet > 2013-CÜ İL ÜÇÜN YENİ PLAN HAZIRLANIR

2013-CÜ İL ÜÇÜN YENİ PLAN HAZIRLANIR


19-03-2012, 13:42
2013-CÜ İL ÜÇÜN YENİ PLAN HAZIRLANIR

PUTİNİN «QƏLƏBƏ TEXNOLOGİYASI» AZƏRBAYCANDA TƏTBİQ EDİLƏCƏK

DİA.AZ: - Rusiyada keçirilən qalmaqallı prezident seçkilərinin nəticələri hələ ki, MDB-də saatlarını Kremlə tutuşduran avtoritar rejimləri qane edir. Putin iqtidarının hakimiyyətdə qalması bu hibrid rejimlər üçün də ayqda qalmaq şansıdır. Kreml postsvet məkanına qərb üsul- idarə etməsini buraxmamaqda qəraralıdır.

DİA.AZ bildirir ki, Orta Asiya ölkələri ilə müqayisədə Azərbaycanın vəziyyəti bu baxımdan kifayət qədər mürəkkəbdir. Rəsmi Bakı hələ də balans siyasəti-enerji resurslarını Qərbə verməklə, təhlükəsizlik sahəsində əməkdaşlıq etməklə bərabər avtoritar idarə etməni qoruyub saxlamağa çalışır.

Yaxın Şərqdə davam edən Ərəb baharının təsiri ilə hətta Rusiya üçün status-kvonu qoruyub saxlamaq böyük çətinliklərlə mümkün olur. Duma seçkilərindən başlayaraq hakimiyyətə qarşı genişlənən etirazlar prezident seçkilərində yüzminlərlə insanı əhatə edən xalq hərakatına çevrildi. Putin əsas rəqiblərini seçki yarışına buraxmadan marinet namizədlərin üzərində parlaq qələbə qazansa da əksər ekspertlər rusiyanın dəyişməyə məhkum olduğunu düşünür. Təhlilçilərin qənaətincə hətta Putin cəmiyyətlə dialoqa gedəcək, siyasi sistemin tədricən demontajına məcbur olacaq.

Baş verənlərin fonunda gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri xüsusi maraq kəsb edir.

Məsələn kiçik bir detal, seçki bitməmiş Putinin aksiyasına on minlərlə adam toplaşdı, ancaq səhəri günü müxalifətin mitinq keçirmək istədiyi meydanı hərbçilər mühasirəyə aldı və insanları nəzarətdən keçirəndən sonra aksiyaya buraxdılar. Bu ssenariyə eyni ilə Azərbaycandakı mənzərəni xatırladır. Məsələn, Qələbə meydanında keçirilən aksiyalarda polis 4 tərəfdən «kardon» qurub insanları əhatəyə alıb aksiya keçirmək məcburiyyətində qoyurdu. Yaxud kiçik qrup piket keçirməklə bağlı bəyanat verir, onlar aksiya yerinə çatmamış polis ərazini əhatəyə alırdı. Bu mənada oxşarlıq var. Heç kəsə sirr deyil ki, Azərbaycanın daxili siyasəti daha çox Rusiya texnoloqlarının işlədiyi instruksiyalar, metodlar əsasında idarə olunur. Həmçinin Rusiyada keçirilən son prezident seçkilərində əsas müxalifət seçkiyə buraxılmadı, Azərbaycanda da əsas müxalifətin könüllü şəkildə seçkidə iştirak etməməsi üçün şərait yaradırlar. Eyni zamanda, Rusiyada iki uğursuz tip - Züqanov və Jironovski olur, bizdə ikinci-üçüncü dərəcəli adamlar seçkilərə buraxılır. Bununla da onlar üzərində triumfual qələbə qazanılır. Bir sözlə, gələn il Rusiya ilə uyğun siyasi sistem qurmuş iqtidarın 2013-cü ildə Putinin «qələbə texnologiyası»na müraciət edəcəyi istisna edilmir.

Geri qayıt