Əsas Səhifə > Hadisə > BAKI OĞRUSU YAXALANIB
BAKI OĞRUSU YAXALANIB19-03-2012, 12:18 |
ONUN “AKTİVİNDƏ” XEYLİ SAYDA CİNAYƏT ƏMƏLİ VAR Bakıda çoxsaylı oğurluq əməlləri törədən şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumatda bildirilir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Kamran Muradov martın 17-də yaxalanıb. Müəyyən edilib ki, K. Muradov 2011-ci il iyulun 1-də Bünyatov küçəsində yaşayan Hakim Namazovun evindən açar seçmə yolu ilə 1500 manat dəyərində qızıl-zinət əşyaları, sentyabrın 7-nə keçən gecə Sabunçu qəsəbə sakini Nurəddin Səlimovun evindən pəncərənin dəmir barmaqlıqlarını kəsmə yolu ilə mobil telefon və qızıl-zinət əşyaları, oktyabrın 4-də Ramana qəsəbəsində yaşayan Nizami İsmayılovun evindən pəncərədən keçmə yolu ilə 200 manat, eyni ünvanda yaşayan qardaşı Siyafət İsmayılovun evindən isə DVD və 1000 manat dəyərində qızıl-zinət əşyaları, bir ay sonra Sabunçu qəsəbəsi Y. Saratov küçəsində yaşayan Rəşad Qasımovun evindən açar seçmə yolu ilə 1600 manat və gümüş əşyaları, dekabrın 8-nə keçən gecə isə Sabunçu qəsəbəsi Elnarə Məmmədovanın evindən pəncərədən keçmə yolu ilə 1800 manat və qızıl-zinət əşyaları oğurlayıb. Araşdırmalar zamanı həmçinin məlum olub ki, K.Muradov bu ilin fevral və mart aylarında da oğurluq planını həyata keçirib. O, fevralın 9-da Q.Vəzirov küçəsində yaşayan Araz Qaralovun evindən pəncərəni sındırma yolu ilə qızıl-zinət əşyaları, məişət əşyaları, fevralın 21-də Balaxanı qəsəbəsində yaşayan İlqar Abdullayevin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə gödəkcə, fevralın 19-dan 26-dək olan müddətdə Mədən küçəsində yaşayan Sədaqət Paşayevanın evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə televizor, notbuk və modem, martın 7-də E.Mehdiyev küçəsində yaşayan Füzuli Cəlilovun evindən pəncərədən keçmə yolu ilə 600 manat və 7800 ABŞ dolları, martın 3-də isə İran İslam Respublikası vətəndaşı Hümən Fərzanəyə məxsus, E.Mehdiyev küçəsində yerləşən fabrikdən pəncərədən keçmə yolu ilə 6 ədəd kompüter oğurlayıb. Geri qayıt |