Əsas Səhifə > Gündəm, Manşet > BAKIDA FÖVQƏLADƏ NOVRUZ TÖRƏNİ

BAKIDA FÖVQƏLADƏ NOVRUZ TÖRƏNİ


19-03-2012, 12:06
BAKIDA FÖVQƏLADƏ NOVRUZ TÖRƏNİ

PREZİDENTİN BAYRAM GƏZİNTİSİ CİDDİ NƏZARƏT ALTINDA HƏYATA KEÇİRİLİR

DİA.AZ: - Bu gün paytaxt Bakıda Novruz bayramı münasibətilə bayram tədbirləri keçirilir. Dövlət başçısı İlham Əliyev də tədbirdə iştirak edir. Prezident təbrik çıxışı da edib.

Onu da xatırladaq ki, bir neçə gün əvvəl prezidentin bayram tədbirinə qatılmayacağı haqda məlumatlar yaymışdıq. Və səbəb kimi İrana aid təxribatçı qüvvələrin fəallaşması təhlükəsi göstərilirdi. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, əslində prezidentin Novruz bayramı ilə bağlı gəzintiyə çıxması çox məxfi qaydada hazırlanan dövlət tədbiridir.

Qeyd edək ki, dünən axşamdan etibarən Milli Park ərazisində polislər keşik çəkiblər və iki günlük nəzarət altında saxlanılan əraziyə əlavə qüvvələr yerləşdirilib. Yaxınlıqdakı bütün binaların damları snayeperlərin nəzarəti altındadır.

DİA.AZ-a verilən xəbərdə bildirilir ki, paralel olaraq son günlər ərzində İrandan gəlmiş bütün şəxslər nəzarət altına götürülüb: «Eyni zamanda təxribat ehtimalı olan ünvanlar da təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır».


Geri qayıt