Əsas Səhifə > Gündəm, Manşet > SAAKAŞVİLİNİN ÇIXIŞINA ŞOK REAKSİYA

SAAKAŞVİLİNİN ÇIXIŞINA ŞOK REAKSİYA


18-03-2012, 10:59
SAAKAŞVİLİNİN ÇIXIŞINA ŞOK REAKSİYA

YENİ YARANMIŞ BORÇALI HƏRƏKATINDAN İLGİNC AÇIQLAMALAR GƏLDİ

DİA.AZ: - Hazırda Varşavada olan Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) Analitik İnformasiya Mərkəzinin rəhbəri İsmayıl Qacar bəyant verərək GAMA AİM rəhbərliyindən istefa verdiyini açıqlayıb və Borçalı Milli Hərəkatını yaratdığını elan edib.

Bu barədə DİA.AZ-a açıqlama verən İsmayıl Qacar qeyd edib ki, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Bakıya rəsmi səfəri və Azərbaycan Respublikası Parlamentində çıxışının
detalları barədə bir çoxları susurlar, həqiqəti deməkdən hansısa maraqlara görə boyun qaçırırlar: “Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) rəhbəriyi susur, bir çox məsələlərıə bağlı açıqlama verməkdən çəkinirlər. Amma heç kim demək istəmir ki, Mixeil Saakaşvili Bakıya gəlməmişdən öncə onun çıxışları ilə bağlı, o cümlədən Azərbaycan tarixi ilə bağlı detalları hazırlamaq üçün bir qrup azərbaycanlı vəzifəli şəxs Gürcüstan prezidentinin Adminstrasiyasına çağrılmış və onlara M.Saakaşvilinin Azərbaycanda edəcəyi çıxışları üçün müəyyən məlumatları hazırlamaq tövsiyyə olunmuşdur”.

Yeni yaranmış BMH-nin nümayəndəsi daha sonra bildirir: “Filolog Zümrüd Qurbanov,
prezidentin müşaviri Mübariz Qarayev, Kvemo-Kartlinin (Borçalı) vitse-qubernatoru Hüseyin Yusubov və Marneuli Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov Azərbaycan Demokratik Respublikasının tarixi ilə, Rusiya-Azərbaycan münasibərləri ilə bağlı müəyyən
məlumatları hazırlamış və prezidentin protokol məsuluna təqdim etmişlər. Mixeil Saakaşvili heç bilmirdi ki, M.Ə.Rəsulzadə kimdir və o "Bir kərə yüksələn bayraq bir daha enməz" deyib. Bunları M.Saakaşvili üçün Mübariz Qarayev, Zümrüd Qurbanov, Hüseyin Yusubov və Fazil Həsənov hazırlamışlar. Azərbaycan Parlamentində çıxış edən M.Saakaşvili nədənsə unudur ki, özü N.Jordaniya tərəfindən qaldırılan Gürcüstan milli bayrağını tapdalayıb, endirib və 1 milyon müsəlmanın rəyini nəzərə almadan xaçlı bayrağı gündəmə gətirib və qəbul edib. Qeyd edim ki, dezinformasiya ilə təmin edilmiş M.Saakaşivilin Azərbaycan Parlamentindəki çıxışı rəsmi Bakını çaşqınlıq içərisində qoymuşdur”.


Geri qayıt