Əsas Səhifə > Cəmiyyət, Manşet > İRAN RAMİZ MEHDİYEVİ İTTİHAM ETDİ

İRAN RAMİZ MEHDİYEVİ İTTİHAM ETDİ


16-03-2012, 18:32
İRAN RAMİZ MEHDİYEVİ İTTİHAM ETDİ

“RAMİZ MEHDİYEVİN BAŞÇILIQ ETDİYİ QANAD İXTİLAF YARADIR”

DİA.AZ: - “AranNews” portalında İranın Azərbaycan MTN-nin SEPAH agentlərinə qarşı keçirdiyi əməliyyatına reaksiyasını işıqlandırıb. Həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

“Azərbaycan Respublikası 22 nəfəri ABŞ və İsrail səfirliklərinə qarşı terror-təxribat əməliyyatları həyata keçirilmək ittihamı ilə həbs etmişdir.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyiçərşənbə günü bəyanat yayaraq, saxlanılan şəxslərin İrandan təşkilatlandığını iddia etdi. Həbs edilənlərin hamısı AR vətəndaşıdır.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyibəyanatında yazır: "22 nəfər Azərbayacan vətəndaşı İranla əməkdaşlıq etdiyi üçün bu nazirlik tərəfindən həbs edilmişdir".

Bəyanatda həbs edilənlərin ABŞ, İsrail və bir neçə Qərb dövlətlərinin səfirliklərinə qarşı terror-təxribat əməliyyatları icra edəcəklərinə məmur olunduqları deyilir.

Həmçinin, bundan qabaq Kütləbi İnformasiya Vasitələri AR-sı ərazizinin İsrailin İrana qarşı casusluq bazasına çevrilməsini xəbər vermişdilər.

Bir müddət qabaq isə İran XİN AR-sı səfirini çağıraraq, ona İranın nüvə alimlərinin terror edilməsində ölkəsinin İsrail agentləri ilə əməkdaşlığına etirazını bildirmişdi.

Həmçinin, Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi Əli Həsənovun Tehrana sonuncu səfərində qarşılıqlı anlaşma əsasında iki ölkə arasında birgə media komitəsinin təşkil edilməsi qərarlaşmışdı. İran Radio və TeleviziyaTəşkilatının Bakı ofisi üzrə direktoruƏhməd Kazimi bu təşkilatın rəhbərliyi tərəfindən sözü gedən komitəyə İranın xüsusi nümayəndəsi kimi tanıtdırılmışdı.

Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsinin İranın KİV rəsmiləri ilə media anlaşmasından 4 gün ötməmiş Bakı Hava Limanının məmurları İran Radio və TeleviziyaTəşkilatının Bakı ofisi üzrə direktoruƏhməd Kazimini Bakıya girməsinə mane oldular və onu deportasiya etdilər.

Azərbaycanın müdafiə nazirinin Mahmud Əhmədinijad, Cəlili, Əhməd Vəhidi ilə görüşündən düz iki gün sonra Bakı 22 nəfəri İİR-na casusuluq etməkdə ittiham edərək həbs etdiyini bəyan etdi.

Halbuki, iki gün öncə Bakının bəzi dövlət rəsmiləri, o cümlədən Əli Həsənov İran və Azərbaycanın "döstluq və qardaşlığ"ından söz açırdılar.

Amma bu hərəkətlərin səbəbi nədir? Hakimiyyət daxilində İranla münasibətlərin yaxşılaşdırılmasında ixtilaf mövcuddurmu?

Bəzi ekspertlər bu əqidədədirlər ki, Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi sionistlərə bağlı qanad iki ölkə arasındakı gərginliyin əsas səbəbi hesab olur.

Qeyd edək ki, azəri dairələrinin bu ölkə dindarlarına qarşı əsassız iddiaları birinci dəfə deyil və bunun keçmiş tarixi vardır. Axrıncı dəfə dövlət telekanalı olan AzTV 4 il bundan qabağa bağlı olan saxta və gülünc xəbəri efirə buraxaraq, bəzi Azərbaycan vətəndaşlarının İrana casusluq etmələrini iddia etdilər.”


Geri qayıt