Əsas Səhifə > Hadisə, Manşet > SURİYA ERMƏNİLƏRİ BAKIDA MƏSKUNLAŞIR
SURİYA ERMƏNİLƏRİ BAKIDA MƏSKUNLAŞIR16-03-2012, 14:48 |
ONLAR YERLİ ƏHALİYƏ ÖZLƏRİNİ ƏRƏB VƏ KÜRD KİMİ TANITDIRIRLAR DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, ermənilər Qarabağa Suriyadan Bəşər Əsədin əlindən qaçan soydaşlarını köçürməklə məşğuldurlar. Və bildirilirdi ki, artıq Ağdama xeyli sayda Suriya ermənisi yerləşdirilib. Bu gün isə DİA.A-a bu barədə Bakıdakı məlumatlı dairələrdən xəbər ötürülüb. Mənbəmiz bildirir ki, Suriyadan qaçan ermənilərin bəziləri hətta ərəb və kürd adları altında Azərbaycanın işğal altında olmayan ərazilərinə də köç etməyə başlayıblar. Mənbəmizin söylədikləri: «Son bir həftə ərzində 20 Suriya ermənisi Azərbaycana gəlib. Qaçqınlar əvvəlcə Türkiyəyə, oradan da ölkəmizə keçiblər. Onlar əsasən əyalət rayonlarında məskunlaşırlar və yerli sakinlərə özlərini ərəb və yaxud da kürd kimi tanıtdırırlar». Qeyd edək ki, bu faktların yerli qurumlarımız tərəfindən araşdırıldığı xəbəri də yayılıb. Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |