Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏLİ ƏHMƏDOVUN TƏKLİFİ VAR

ƏLİ ƏHMƏDOVUN TƏKLİFİ VAR


16-03-2012, 14:01
ƏLİ ƏHMƏDOVUN TƏKLİFİ VAR

“ARTIQ RAYONLAR LƏĞV OLUNMALIDIR”

Milli Məclisdə hökümətin hesabatının müzakirəsi davam edir. Modern.az xəbər verir ki, müzakirələr zamanı çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibi, sədr müavini Əli Əhmədov yolların qazılması və tıxac məsələsinə toxunub.

“Bu gün statistikaya görə Azərbaycanda iki milyon ailə var, amma bir milyondan da artıq şəxsi maşın var. Yəni hər iki ailədən birinə şəxsi maşın düşür. Bu inkişafın göstəricisidir. Bu Azərbaycanın ümumiyyətlə sosial siması yaxşılaşmağa doğru getdiyini göstərir.

Amma maşınların artması tıxaclar yaradır. Burada məsələ qaldırıldı ki, yollar niyə qazılır? Dünyanın hər yerində var ki, infrastruktur dəyişilən zaman yollar qazılmalıdır” - deyə YAP icra katibi vurğulayıb.

Əli Əhmədov eyni zamanda Azərbaycanda regionların dotasiya ilə yaşamasına son qoyulması təklifi ilə çıxış edib. Bundan əlavə, o bildirib ki, artıq rayonlardan imtina etməyin vaxtıdır.

“Mən bunun əleyhinəyəm. Rayon anlayışına son qoymaq lazımdır. Bu inzibati ərazi bölgüsündə başqa məsələyə keçmək lazımdır. Rayon tipi sovetlərin məhsulu idi. Bu anlayışın ləğv edilməsi həm idarəetmənin təkmilləşməsinə, həm də az vəsaitin sərf olunmasına gətirib çıxarda bilər. Ona görə də rayonlar ləğv olunmalıdır”.


Geri qayıt