Əsas Səhifə > Ölkə, Manşet > NAZİR OĞLU, DEYƏSƏN, VARLANMAQ İSTƏYİR
NAZİR OĞLU, DEYƏSƏN, VARLANMAQ İSTƏYİR15-03-2012, 15:45 |
ANAR MƏMMƏDOV «GÜNDƏM XƏBƏR»DƏN 50 MİN MANAT TƏLƏB EDİR DİA.AZ: - Bir neçə gün əvvəl mətbuata açıqlama verərək «mən Rauf Həbibovu döyməmişəm» deməsi ilə diqqətə gələn nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov yenidən günün «qəhrəmanına» çevrilib. Bu barədə DİA.AZ-a açıqlama verən «Gündəm Xəbər» qəzetinin redaksiyasından bildiriblər ki, nazir oğlu qəzetə qarşı məhkəmə iddiası qaldırıb və qəzetin 50 min manat cərimə edilməsini tələb edib. Onu da bildirək ki, «Gündəm Xəbər» qəzeti son zamanlar hakim cinah tərəfindən ciddi basqılara məruz qalmaqdadır. Qəzetə qarşı 112 min manatlıq saxta vergidən yayınma ittihamı da mövcuddur ki, əslində bütün bunlar daha bir müstəqil nəşrin fəaliyyətini dayandırmasına hesablanıb. Elə nazir oğlunun da bu iddiasını «hakimiyyətin mətbuata qarşı növbəti təzyiqi» kimi dəyərləndirən «Gündəm Xəbər» redaksiyası bildirir ki, onlar Anar Məmmədovun mövqeyini dərc etməyə hazırdırlar: «Amma biz onun qəzetimizin hesabına varlanma istəklərini yerinə yetirə bilmərik. Çünki öz hesabına nəşr olunan qəzetin imkanı yoxdur ki, nəinki 50 min manatlıq, hətta 50 manatlıq cəriməni belə ödəsin. Ola bilsin ki, bu gün onun pula bərk ehtiyacı var, amma bizdə o qədər pul yoxdur». Onu da xatırladaq ki, Anar Məmmədov «Azadlıq» və «Yeni Müsavat» qəzetlərini də məhkəmə verib. Və belə davam edərsə, nazir oğlu MƏTBUATIN DÜŞMƏNİ ünvanını haqq etmiş olacaq. Geri qayıt |