Əsas Səhifə > Ölkə > AZƏRBAYCANDA SABİTLİK PUL GÜCÜNƏDİR
AZƏRBAYCANDA SABİTLİK PUL GÜCÜNƏDİR15-03-2012, 13:54 |
KARNEGİ FONDUNUN EKSPERTİ NEFT PULLARINDAN DANIŞDI Qafqazda bütün müharibələr SSRİ-nin dağılmasının nəticəsidir və hələlik onları başa çatacağı gözlənilmir. Bu barədə obyektiv.tv-yə müsahibəsində Amerikanın Karnegi Fondunun Qafqaz üzrə eksperti Tomas de Vaal bildirib. Onun sözlərinə görə, Rusiya var gücü ilə regionda qalmağa çalışır, çünki regionun suveren ölkələrini müstəqil buraxsa, Moskva bütünlükdə Qafqazı itirə bilər. Buna RF və Gürcüstan arasında 2008-ci ilin avqustunda baş vermiş münaqişə misal ola bilər. Lakin bu gün 90-cı illərin başlanğıcı və ya ortaları deyil ki, gənc postsovet ölkələrinin rəhbərliyini idarə etmək mümkün olsun. Azərbaycanın özünün maliyyə imkanları və iqtisadi inkişafı sayəsində xarici amilin regional millətlərarası münaqişələrin həllinə təsiri xeyli azalıb. 15-20 il əvvəl Rusiya təbii müttəfiq qismində Ermənistanı – Qafqazın “zəif halqasını” seçirdisə, bu gün Rusiya ciddi şəkildə Azərbaycan tərəfə dönür. Lakin bu, Qarabağ münaqişəsinin həllinin yaxınlaşdığı demək deyil, ekspert belə hesab edir. Qafqazın gələcəyi ilə bağlı fikrini bildirən de Vaal deyib: “Qafqaz Evi ideyası mənə yaxındır, lakin o, uzaq gələcəkdə Cənubi Qafqaz ölkələrinin hər üçünün rəhbərliyinin siyasi iradəsi olduğu halda mümkündür. Bu gün bu ərazidə milli monopoliyalar güclüdür, onların dağılması üçün illər tələb olunacaq. Yığılmış silah resurslarını nəzərə alsaq, hələlik bu ideyanın perspektivinin az olduğu görünür”, deyə o qeyd edib. Ərəb baharı bütün avtoritar rejimlər üçün aktualdır, deyə ekspert regionun perspektivləri mövzusunun davamında bildirib. Azərbaycan, xoşbəxtlikdən, Türkmənistan deyil, amma İlham Əliyev karbohidrogenlərdən kifayət qədər gəlir olduğu üçün legitimdir. O, şərq liderlərinin taleyi ilə qarşılaşmaq istəmirsə, iqtisadiyyatı sözdə deyil, əməldə müxtəlifləşdirməli, islahatlar aparmalı, kadr siyasətini dəyişməli, siyasi partiyalarla real dialoqa başlamalı, bir sözlə, möhkəm vətəndaş cəmiyyəti yaratmalıdır, deyə Vaal qeyd edib. Geri qayıt |