Əsas Səhifə > Cəmiyyət > BAKIDA MAVİLƏRİN KÜTLƏVİ ƏLBƏYAXASI

BAKIDA MAVİLƏRİN KÜTLƏVİ ƏLBƏYAXASI


15-03-2012, 12:36
BAKIDA MAVİLƏRİN KÜTLƏVİ ƏLBƏYAXASI

NƏTİCƏDƏ 7 NƏFƏR HƏBS EDİLDİ

Bakının Nizami rayonunda mavilər arasında kütləvi dava düşüb. Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, dava gecə saat 04:00 radələrində Naxçıvanski küçəsi 56, mənzil 3-də kirayə yaşayan 18 yaşlı Xaçmaz sakini Ümid Hajimovun kirayə yaşadığı evdə qurulan məclisdə baş verib.

Məclisə qonaq gəlmiş 25 yaşlı Rəşad Mirzəyevlə digər qonaqlar arasında mübahisə düşüb. Sonradan mübahisə davaya çevrilib. Təklənmiş R.Mirzəyev onu döyən 7-8 nəfərə güc gələ bilməyəcəyini görüb sotulun üstündən bıçağı götürərək U. Hajimovu vurub. O, zərərçəkmişin sağrı və bud nahiyəsinə iki bıçaq zərbəsi endirib.

Faktla bağlı hazırda 7 nəfər saxlanılıb. İlkin məlumata görə, hadisə baş verən mənzildə mütəmadi olaraq mavilər toplaşırmış.

Geri qayıt