Əsas Səhifə > Siyasət, Manşet > NÖVBƏTİ QARA PİAR HÜCUMU GÖZLƏNİLİR
NÖVBƏTİ QARA PİAR HÜCUMU GÖZLƏNİLİR15-03-2012, 12:29 |
HAKİMİYYƏT BU YOLLA MÜXALİFƏTİ ZƏİF DÜŞÜRƏCƏYİNƏ ÜMİD EDİR DİA.AZ: - Məlum olduğu kimi, hakimiyyət «Azadlıq» radiosunun əməkdaşı Xədicə İsmayılovanı olduqca çirkin üslubla susdurmağa cəhd etsə də, istəyinə nail ola bilmədi. Artıq jurnalist bir çox çevrələr tərəfindən müdafiə olunur və eyni zamanda bu işlə bağlı hüquq-mühafizə orqanlarının ciddi şəkildə araşdırma aparılması da istənilib. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, iqtidar cinhaı bununla «qara piar» kampaniyasına nöqtə oymaq fikrində deyil. Hökumət içindəki məlumatlı mənbənin redaksiyamıza bildirdiyinə görə, daha bir oxşar kampramat xarakterli videogörüntülər yaxın günlərdə dövriyyəyə buraxılacaq. Mənbəmizə görə bu dəfə isə hədəf, müxalifət partiyalarından birinin funksioneri olacaq: «Neçə müddətdir ki, hakimiyyət içindəki qara qüvvələr bu tipli materialları toplama yönündə fəaliyyətdədirlər və onlar davamlı şəkildə bu metodlarla müxalifət düşərgəsini gözdən salmağa cəhdlər edəcəklər. Amma cəmiyyətin artıq bu mövzuda fərqli yanaşma ortaya qoyduğunu elə son olaylardan da gördük». Mənbəmizə görə, növbəti «qara piar» hücumunun da eyni uğursuzluğa düçar olacağı şübhəsizdir: «Çünki yenə də primitiv yolla mental dəyərlərin istismarı planlaşdırılır. Cəmiyyət isə bu məsələləri ikrahla qarşılayır və hakimiyyətin bu şəkildə müxalifətə qarşı mübarizəsini heç bir halda normal qəbul etmir». Hədəfdə kimin olacağına gəlincə isə mənbəmiz yalnız bunları söylədi: «Sıra Müsavat partiyasının funksionerlərindədir. AXCP bu şəkildə yetərincə «vurulub». Elə son olaylarda Müsavat adının istifadəsi də, əslində növbəti hədəfin hansı partiya olduğuna bir işarə idi»… Geri qayıt |