Əsas Səhifə > Gündəm, Manşet > BAŞ BANKİRİ İŞÇİSİ TUTDURUB
BAŞ BANKİRİ İŞÇİSİ TUTDURUB14-03-2012, 11:41 |
ZAL YUSİFOVDAN ETİBAR ƏLİYEVƏ 3 MİLYON MANATLIQ MƏNİMSƏMƏ İTTIHAMI DİA.AZ: - “Texnikabank”ın prezidenti Etibar Əliyevin həbs edilməsi barədə məlumat vermişdik. Qeyd etmişdik ki, bankın rəhbəri müştərliərin küllü miqdarda pulunu mənimsəməkdə ittiham edilib və barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Etibar Əliyevin həbs edilməsinin şok təfərrütları mıəlum olub. DİA.AZ-a daxil olan məlumata görə, Etibar Əliyevin həbs edilməsinə səbəb “Texnikabank”ın Bakı filialının həbsdə olan rəhbəri Zal Yusifovun danışması olub. Zal Yusifov Milli Təhlükəsizlik Nazirliyinin baş istintaq idarəsində 81 müştərinin milyonlarının mənimsənilıməsində Etibar Əliyevi və daha bir neçə bank rəhbərini ittiham edib. Etibar Əliyevin həbs edilməsinə və daha bir neçə bank rəhbərinin həbs təhlükəsinə səbəb olan Zal Yusifovun həmin ifadəsinin əldə etmişik. MTN-də ittiham edici ifadə verən Zal Yusifov deyib ki, banka əmanət yerləşdirən əmanətçilərlə heç bir əlbirliyi olmayıb. Onun sözlərinə görə, bu pulların yığılması barədə biznes yaratmaq fikiri olmayıb və müştərilərin banka qoyduqları pul qanuni sənədləşdirilib: “Bu aiddir 2004-cü ildən 2007-ci ilin sonuna qədər qoyulmuş pullara. Həmin pulların ümumi məbləğinin təxminən 7 milyona qədərini bankın müşahidə şurasının sədri Etibar Əliyevə ayrı-ayrı zamanlarda vermişəm”. Baş bankir müştərilərin pullarına Türkiyədə otel və bina tikdirib İttihamda göstərilən kereditlər onun qohumlarının adına filialda qanuni sənədləşdirlib, Texnikabank”dan hər bir kereditə aid icazə məktubu alıb.Zal Yusifovun bildirdiyinə görə, əgər həmin sənədlər keredit qovluğunda yoxdursa, onda necə olur ki, hər il beynəlxalq auditor tərəfindən aparılmış yoxlamalarda öz əksini tapıb: “Eyni zamanda banka daxil olan pullar qeydiyyat jurnalında da qeyd olunub. Qanuna əsasən 5 min manatdan yuxarı məbləğdə verilən kereditlər baş bankın razılığı əsasında verilib. Başqa cür mümkün deyil. Həmin pulları müşahidə şurasının sədri Etibar Əliyev məndən alan vaxtı bildirmişdi ki, o, Türkiyədə otel və binalar tikdirir, bu pulları da ora yönəldir. Etibar Əliyev dedi ki, 2-3 il ərzində bu pullar geri qayıdacaqdı və kreditlər bağlanacaqdı. Ona görə də həmin kreditlərin faizlərinin əhaliyə ödənilməsi üçün banka yeni əmanətçilər cəlb olunub. Həmin əmanətçilərə, əmanət qoyduqları vaxtdan etibarən həbs olunduğum müddətə qədər 6 faiz hər ay pul hesablanaraq, verilib”. Bankdan 3 milyona yaxın pul Etibar Əliyevin əli ilə çıxarılıb O, ifadəsində qeyd edib ki, 22 avqust 2008-ci il tarixdə kassada qalan 2 milyon 494 min 932 manat 9 qəpik pulu kassadan götürməyib. Onun sözlərinə görə, həmin pulu işdən çıxandan 7-8 ay əvvəl kassa qalığı kimi, kassa sənədlərində göstərilib: “Pul isə faktiki olaraq kassada olmayıb. Bu barədə də Etibar Əliyevin şəxsən xəbəri vardı. Bu pulun özü tərəfindən ödənilməsinə problemsiz baxırdı. Avqust ayında Etibar Əliyevə müraciət etdim ki, əmanətçilərə kredit verə bilmirəm, onların pullarını qaytarmaq lazımdır. Həmin pullar isə Etibar Əliyevin Türkiyədə sərmayə yatrılması üçün götürdüyü kreditlərin qaytarılması hesabına qaytarıla bilərdi”. Təqsirləndsirilən şəxs ifadəsində onu da göstərib ki, avqustun axırlarında ev şəraitində bir həftə xəstə yatıb. Onun sözlərinə görə, həmin vaxt Etibar Əliyev onlara gəlib: “Etibar Əliyev mənə ümid verirdi ki, narahat olmayım, bu işi bir nəfərlə danışıb, özü həll edəcək. Onun həmin danışıqlarına əsasən 2-3 ay ərzində Milli Təhlükəszilik Nazirliyində saxlanılmalı idim. Bu zaman Etibar Əliyev əmanətçilər – Hüseyn Səfərov, İlqar Mirzəyev, Nizami Kazımov, Namil Rzayev, Nəsrəddin Sultanov və Sadət İmranova ilə olan problemləri həll etməliydi. Lakin bu günə qədər həmin problem həll edilməyib və mən də həbsdə qalıram”. Zal Yusifov bildirib ki, əmanətçilərin qoyduğu pulların təxminən 90 faizi sənədləşdirilib, qalan 10 faiz isə Etibar Əliyevin göstərişi ilə sənədləşdirilməyib: “Yəni həmin pullar blansdan çıxarılıb. Həmin 10 faizə əmanətçilər Vüqar Mirzəyev, Sevda Mirzəyeva, Maral Novruzova, Tofiqə Zeynalova aiddirlər. Onların əmanətləri cəmi 1 milyon 460 min 100 manat təşkil edir”. Zal Yusifov daha bir neçə bankır haqqında da ifadə verib. Həmin ifadələri qəzetimizin növbəti saylarında təqdim edəcəyik. Geri qayıt |