Əsas Səhifə > Siyasət, Manşet > RÖVŞƏN ƏKBƏROVUN BƏYANATI GÖZLƏNİLİR...
RÖVŞƏN ƏKBƏROVUN BƏYANATI GÖZLƏNİLİR...14-03-2012, 11:08 |
MÜDAFİƏ NAZİRİ SƏFƏR ƏBİYEVƏ QARŞI DAHA BİR GENERAL ÇIXACAQ DİA.AZ: - Uzun müddətdir ki, mətbuatda Səfər Əbiyevin rəhbərlik etdiyi nazirlikdəki korrupsiya hallarına dair yazılar dərc olunur. Hələ vaxtilə rəhmətlik Ziya Bünyadov əsgərlər üçün çox baha qiymətə alınan Braziliya kofesindən bəhs etmişdir. Bəli bu nazirlikdəki yeyintinin miqdarı digər dövlət qurumları ilə müqayisədə ölçüyə gəlməzdir. Bütün bunlar azmış kimi son günlər generalların mənzil üstündə apardığı savaş isə bu nazirliyin imicinə ağır zərbə vurub. Öz canını xilas etmək üçün nazir Səfər Əbiyevin bir neçə dəfə istefa ərizəsi yazdığı söylənilir. Ancaq bu boyda əməllərdən sonra rahatca istefaya getmək elə də asan məsələ deyil. DİA.AZ-a daxil olan məlumatlara görə, yaxın günlərdə Müdafiə Nazirliyi sistemində köklü yoxlamaların başlayacağı bildirilir. Bunu bilən Səfər Əbiyev özünə yaxın zabitləri oyundan kənarlaşdırmağa çalışır ki, lazım olan məqamda onlardan ona qarşı istifadə edə bilməsinlər. Ancaq deyəsən, bu boyda əməlləri ört-basdır etmək mümkün olmayacaq. Artıq bütün nazirlikdə, müdafiə sistemində çalışanlar nazirdən beziblər. Onu da bildirək ki, yoxlamaların olacağı ilə bağlı məlumatı bir gün pncədən də xəbər vermişdik və nazirə qarşı generalların birinin açıq hücuma keçəcəyini də qeyd etmişdik. Mənbənin redaksiyamıza son olaraq söylədiyinə görə, xeyli sayda general nazirin əlindən bezdikləri, onunla işləməyin mümkün olmadığı barədə prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Şahidlərin dediyinə görə, hazırda Səfər Əbiyev şok vəziyyətindədir. Digər tərəfdən isə müdafiə nazirliyi sistemindəki neqativ hallarla bağlı milli qəhrəman, general-leytenant Rövşən Əkbərovun yaxın günlərdə bəyanat verəcəyi də gözlənilir. Mənbə bildirdi ki, Müdafiə Nazirliyində də əsas yeyinti maliyyə sahəsindədir. Yoxa çıxan milyonların hesabı yaxın vaxtlarda Səfər Əbiyevdən sorulacaq. Geri qayıt |