Əsas Səhifə > Ölkə, Manşet > SƏFƏR ƏBİYEVƏ QARŞI YENİ KOALİSİYA

SƏFƏR ƏBİYEVƏ QARŞI YENİ KOALİSİYA


13-03-2012, 15:30
SƏFƏR ƏBİYEVƏ QARŞI YENİ KOALİSİYA

MİLLİ ORDU SİSTEMİNDƏ YENİ KORRUPSİYA YOXLAMALARI BAŞLAYIR

DİA.AZ: - Bir neçə gündür ki, Müdafiə Nazirliyi sistemində böhranın hökm sürməsi barədə məlumatları diqqətinizə çatdırırıq. İstənilən şəraitdə məlum olanı budur ki, nazir Səfər Əbiyevə qarşı çox ciddi hərəkətlənmələr var və son günlər bu prosesin miqyası daha da genişlənmək üzərədir.

Mötəbər mənbələrdən DİA.AZ-a ötürülən xəbərlərdən aydın olur ki, Səfər Əbiyevi devirmək niyyətində olan rəqibləri milli orduda yeni korrupsiya yoxlamalarının təşkilinə nail olublar və yaxın günlərdə MN-ə aid bütün hərbi hissələrdə təftiş işləri həyata keçiriləcək.

Xatırladaq ki, keçən ilin bu vaxtlarında da anoloji yoxlamalar baş tutmuşdu. Birbaşa olaraq yoxlamaları həyata keçirən və adı Səfər Əbiyevin əsas rəqibi kimi hallandırılan prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə müşaviri postunu tutan general Vahid Əliyev olsa da, ortaya elə bir ciddi fakt çıxarılmadı. Lakin həmin ərəfədə bildirildi ki, əslində Vahid Əliyev ciddi faktlar əldə edib, amma bu faktların ictimailəşməsinin və verilən hesabata daxil edilməsinin qarşısı alınıb.

Yenə də anoloji yoxlamaların həyata keçiriləcəyini və bu dəfə daha ciddi davranılacağını bildirən mənbəmiz vurğuladı ki, Səfər Əiyevin rəqibləri onu sıradan çıxara bilmələri üçün bu dəfə Vahid Əliyevə ciddi dəstək verməyi düşünürlər. Qeyd edək ki, bir neçə gün əvvəl MN şefinin Silahlı Qüvvələrin Hərbi Akademiyasında xidmət edən general-mayor Lənkəran Əliyevlə konflikti ictimailəşdi. Və aydın oldu ki, Səfər Əbiyevlə Lənkəran Əliyev arasında çox ciddi qarşıdurma var və hətta nazir rəqibinin qarşısında bəzi müstəvilərdə məğlub hala da salınır. Son məlumatlardan isə aydın olur ki, daha bir ordu generalının Səfər Əbiyevə qarşı bəyanat verməsi gözlənilir. Bu işin də təşkil olunduğu gələn məlumatlar arasındadır.


Geri qayıt