Əsas Səhifə > Cəmiyyət, Manşet > SAMİR ŞƏRİFOVUN MALİYYƏ GİZLİNLƏRİ

SAMİR ŞƏRİFOVUN MALİYYƏ GİZLİNLƏRİ


13-03-2012, 13:06
SAMİR ŞƏRİFOVUN MALİYYƏ GİZLİNLƏRİ

BAŞ MALİYYƏÇİ PREZİDENTİN İMZALADIĞI SƏNƏDLƏRLƏ MANİPULYASİYA EDİR

DİA.AZ: - İlk baxışda sakit təsir bağışlayan maliyyə naziri Samir Şərifov haqda şok məlumatlar əldə etmişik. Sən demə «islahatçı» və «korrupsiyadan uzaq» nazir kimi təqdim olunan cənab Şərifov da bir çox hallarda digər həmkarlarını geridə qoyur. Özü də bu proses daha çox prezident tərəfindən imzalanan sənədlər əsasında aparılır. 2009-cu ilin fevral ayının 9-da prezident İlham Əliyevin «Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında» fərmanından sonra maliyyə naziri Samir Şərifov rəhbərlik etdiyi qurumda struktur və kadr dəyişikliyinə başlayıb. Nazirin daxili əmri ilə paytaxtı əhatə edən 11 rayonun maliyyə idarələri ləğv edilərək, onların bazasında rayon xəzinədarlıq idarələri yaradılıb. Samir Şərifov yalnız Bakı Şəhər Baş Maliyyə İdarəsini əvvəlki statusunda saxlayıb.

Maraqlı məqamlardan biri də odur ki, nazir maliyyə idarələrinin bazasında xəzinədarlıq idarələrinin yaradılması qərarına paralel olaraq, yalnız öz şəxsi maraqlarına xidmət edən kadr dəyişiklikləri də edib. DİA.AZ-a verilən məlumaya görə, nazirin əmri ilə 5 saylı Qaradağ Xəzinədarlıq İdarəsinə vaxtilə Əzizbəyov, sonra isə Xətai rayon maliyyə idarələrinin rəisi vəzifələrində çalışmış Mirzə Mirzəyev rəhbər təyin olunub. Bu təyinatın özəlliyi odur ki, Mirzə Mirzəyev Xətai Maliyyə İdarəsində yol verdiyi ciddi nöqsanlar səbəbindən tutduğu vəzifədən kənarlaşdırılmışdı. Xətai Maliyyə İdarəsinin rəisi vəzifəsində işləyərkən, onun şəxsi nootbuku da oğurlanmışdı. Həmin vaxtı maliyyə strukturlarında belə bir söz-söhbət yayılmışdı ki, Mirzə Mirzəyev oğurlanmış həmin şəxsi nootbokunda idarənin məxfi maliyyə əməliyyatları ilə bağlı məlumatları saxlayırmış. Mirzə Mirzəyevin tələm-tələsik «vurulması»nda bu məqam da önə çəkilirdi. Bundan əlavə, onun başqa «əməlləri» də var ki, bu da Mirzə Mirzəyevin yenidən idarə rəisi təyin olunmasına imkan vermirdi. Amma Samir Şərifov bu nöqsanları nəzərə almadan onu yenidən vəzifəyə təyin etdi.

Hər il kənd təsərrüfatının inkişafı üçün böyük vəsaitlər nəzərdə tutulur. O cümlədən güzəştli şərtlərlə fermerlərə gübrə, yanacaq, toxum və s. verilməsı də nəzərdə tutulur. Prezident İlham Əliyevin imzaladığı «Regionların sosial iqtisadi inkişafına dair dövlət proqramında» da bu öz əksini tapıb. Lakin maliyyə naziri Samir Şərifov bu proqramın həyata keçirilməsinə heç bir maraq göstərmir. Vəziyyət o yerə çatıb ki, kənd əhalisi yardımlardan iyrənib. Kənd təsərrüfatında çalışanlar haqlı olaraq qeyd edirlər ki, vəziyyətlə bağlı Maliyyə Nazirliyi doğru-düzgün araşdırma aparmır. Bu laqeydliyin nəticəsində ölkədə 140 min hektar taxıl sahəsi azalıb. Ekspertlərin gəldiyi nəticə belədir: əgər Maliyyə Nazirliyi ayrılan vəsaiti vaxtında yerlərə çatdırsaydı, bu hal baş verməyəcəkdi.

İndi əkinçiliklə məşğul olan fermerlər hər hektar sahəyə görə 40 manat yardım almalıdır. Buğda əkən fermerlərə isə əlavə 80 manat verilməlidir. Xatırladaq ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncama uyğun olaraq ildə bir dəfə verilməlidir. Yardım almaq istəyənlər ərizə ilə yerli komissiyalara müraciət etməli, bütün müraciətlər isə respublika Komissiyasına təqdim edilməlidir. Sənədlər Kənd Təsərrüfatı, İqtisadi İnkişaf, Maliyyə nazirlikləri, Statistika, Dövlət Torpaq və Xəritəçəkmə komitələri və «Aqrolizinq» Səhmdar Cəmiyyəti tərəfindən araşdırıldıqdan sonra pulun ayrılması üçün Maliyyə Nazirliyinə təqdim edilir. Qurum vəsaiti ayırmaqla yanaşı, pulun təyinatı üzrə istifadəsinə də nəzarət edir. Samir Şərifov deyir ki, plana uyğun yoxlamalar maliyyə nazirliyi, dövlət Maliyyə Nəzarəti xidməti tərəfindən tərtib olunmuş iş planına uyğun olaraq aparılır və 3 növ yoxlama nəzərdə tutulur - araşdırma, monitorinq və təftiş. Aydındır ki, yoxlamalar aparılır və buna uyğun maliyyə nazirinin müəyyən etdiyi «haqq-hesabla» başa çatır.

Samir Şərifov ətrafına yaxınlarından ibarət güclü komanda yığır. «Kapital Bank»ın sədri Samir Şərifovun ən yaxın adamı kimi qələmə verilir. Şərifov çalışırdı ki, «Kapital Bank»ın sədri Elmarı özünə müavin etsin, lakin o buna yuxarılardan razılıq ala bilmədi. Amma buna baxcmayaraq nazirlə bank rəhbəri arasında malifyyə maxinasiyaları aparılır. Samir Şərifova büdcə vəsaitinin bir yerdən o biri yerə köçürülməsinə icazə verilib. O, pensiya vəsaitlərini 1 faizlə «Kapital Bank»ın hesabına köçürür. «Kapital Bank» həmin pulu 2 faizlə kreditə verir və oradan 15 faizlə «otkat» olunur. Pensiyaların gecikdirilməsinin əsas səbəbi budur. Belə əməliyyatlar Samir Şərifov tərəfindən çox görülür və faktiki olaraq onun hərəkətlərinə heç kim nəzarət etmir.


Geri qayıt