Əsas Səhifə > Siyasət, Manşet > İRAN YENƏ DƏ HOQQABAZLIQ EDİR
İRAN YENƏ DƏ HOQQABAZLIQ EDİR6-10-2011, 15:28 |
FARS-MOLLA REJİMİ TƏBRİZ CAMAATININ ADINDAN İSTİFADƏ EDİR DİA.AZ: - Azərbaycanın tarixi torpaqlarının böyük bir hissəsini öz nəzarəti altında saxlayan İran adlı dövlətin fars-molla rejimi Azərbaycana qarşı təbliğatını davam etdirir. Bildirək ki, buna qədər də «iran»ın ayrı-ayrı dövlət nümayəndələri Azərbaycana hansı səviyyədə düşmən mövqe nümayiş etdirdiklərini gizlətməyiblər. Həm İranın silahlı qüvvələrinin baş qərargah rəisi seyid Həsən Firuzabadinin Azərbaycan prezidenti İlham Əliyevi və Azərbaycan türklərini aşağılayan açıqlamaları və həm də fars diqtəsi ilə oturub duran ayrı-ayrı imam-cümələrin dili ilə Azərbaycana qarşı həftə-səkkiz-mən doqquz edilən çıxışlar bu qəbildəndir. Və bütün bunlar təbii ki, Azərbaycanın müstəqil kəsimində - Quzey azərbaycan Respublikasında böyük qəzəblə qarşılanır və elə buna görə də son günlər ayrı-ayrı ictimai-siyasi təşkilatlar Bakıdakı fars elçiliyinin qarşısında etiraz aksiyaları düzənləyirlər. Deyəsən, bu aksiyalar da mollalara yer edib. Əgər belə olmasaydı, onlar da alternativ olaraq Azərbaycanın «iran» adlanan ölkədəki elçiliyinin qarşısında etiraz aksiyası təşkil etməzdilər. Bu barədə İranın xüsusi xidmət orqanlarının nəzarət altında olan «arannyus» xəbər portalında məlumat verilib və bildirilir ki, guya ki, bir qrup təbrizli Azərbaycanın Təbrizdəki konsulluğunun qarşısında etiraz aksiyası keçirib, tələblərini səsləndiriblər. Həmin tələbin mətni aşağıdakı kimidir: “Tərkib baxmından dünyanın ikinci şiə ölkəsi olan Azərbaycan Respublikası sekolar təfəkkürlü və sionistlərə baş əyən hakimiyyətin nəticəsində hicab qadağası, məscidi xarab etmək kimi islamofobiya siyasətlərinin həyata keçdiyi bir məntəqəyə çevrilmişdir. Keçən ilin noyabrından məktəblərdə hicaba qadağa qoyulmuş və Bakı dövləti mərcəi-təqlidlərin, imam cümələrin, AR-sı və region ölkələri müsəlmanlarının bərk etirazlarına baxmayaraq, məktəblərdə hicab qadağasını ləğv etməmiş, hətta bu il yeni dərs ilinin başlanması ilə eyni zamanda bu qadağanı bütün təhsil mərkəzlərinə və müəllimlərə də şamil etmişdir. Bakı dövləti İslam təlimlərinin, hətta öz konstitusiyasının və bütün beynəlxalq qanunların əksinə olaraq, hicab qadağasına etiraz edənləri həbs etmişdir. Hal-hazırda Bakı Ağır Cinayətlər məhkəməsində prokuror ləyaqətsizlik edərək, ədalətsiz addım atdı və AİP sədri və digər həbs olunmuş ruhanilərə 12 il həbs cəzası istəməklə, Azərbaycan və bütün region, xüsusilə də İran və Türkiyə müsəlmanlarının ürəyini yaraladı. Ona görə də biz Təbriz camaatı, xüsusilə də bu tarixi şəhərin məktəbli, tələbə və müəllimləri AR-sının islamofobiya siyasətlərini pisləyir və qətiyyətlə Bakı dövlətindən istəyirik ki, islami oyanışın baharına daxil olduğumuz bir dövrdə hicab qadağasını ləğv etsin, bütün hicab məhbuslarını, o cümlədən AİP sədrini azad etsin, bin Əli, Hüsnü Mübarək, Qəzzafi və s. kimi diktatorların acı taleyindən ibrət götürsün və öz islamofobiya siyasətlərindən və insanlıq əleyhinə olan hərəkətlərindən əl çəksin. Sonda Azərbaycan Respublikasında yaşayan din bacı-qardaşlarımıza bildiririk ki, İran İslam xalqı, xüsusilə də başı uca Təbriz camaatı Azərbaycan Respublikasında islami dəyərlərin dirçəlməsi yolunda həmişə onların yanındadır və ilahi vəd olan zəiflərin zalımlara qələbə çalmasının həyata keçəcəyinə bütün varlığı ilə inanır". Təbii ki, bütün bunların fars-molla rejimi tərəfindən təşkil olunduğu gün kimi aydındır. Hər halda, azərbaycanın bütövləşəcəyi gün paytaxtımız olan canımız Təbrizdə belə bir tədbirin təbii şəkildə baş tutması mümkün deyil. Geri qayıt |