Əsas Səhifə > Siyasət, Manşet > SURİYA ERMƏNİLƏRİ AĞDAMA KÖÇÜRÜLÜR

SURİYA ERMƏNİLƏRİ AĞDAMA KÖÇÜRÜLÜR


13-03-2012, 11:54
SURİYA ERMƏNİLƏRİ AĞDAMA KÖÇÜRÜLÜR

BƏŞİR ƏSƏDİN ƏLİNDƏN QAÇAN HAYLARA QARABAĞDA SIĞINACAQ VERİLİR

DİA.AZ: - Qarabağ daha bir erməni köçü yön alıb. Tarixdə bir neçə dəfə Qafqaza köç edən ermənilərin növbəti köç dalğası Suriyadan start götürüb. Məlumdur ki, suriyalı diktator Bəşir Əsəd hakimiyyətdə qala bilməsi üçün hətta Suriya xalqına qarşı hərbi gücdən də istifadə etməkdədir. Bu isə fırıldaqçı və hiyləgər ermənilərin kürkünə birə saldığından onlar illərdir məskunlaşdıqları Suriyanı tərk etməkdədirlər.

DİA.AZ-ın xarici mətbuatdan əldə etdiyi məlumatlardan aydın olur ki, təkcə son bir ay ərzində 18 minə yaxın erməni əsilli Suriya vətəndaşı Qərbi Azərbaycana - indiki Ermənistana köç edib. Məlumatlarda deyilir ki, onların təxminən tən yarısı ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşdırılır.

Bu barədə əldə etdiyimiz xəbərə görə, Suriya ermənilərinin Ağdamda məskunlaşdırılması geniş tədbirlər planı həyata keçirilməkdədir. Belə ki, hər bir Suriya ermənisinə adambaşına 5 min ABŞ dolları pul verilir və bundan əlavə, onlar Ağdamdakı türk kəndlərində yaşaya bilmələri üçün hər bir tikinti materialı ilə təmin edilir.

Maraqlıdır ki, bu köçün baş tutmasında Ermənistana dünyadakı erməni diaspora təşkilatları ilə yanaşı, son zamanlar Azərbaycana qarşı düşmən mövqeyini gizlətməyən rəsmi Tehran da yardım etməkdədir. Qeyri-rəsmi xəbərlərə görə, Suriyadan köç edən ermənilərin böyük əksəriyyəti tranzit kimi İran ərazisindən istifadə edib. Və hətta Qarabağda qala bilmələri üçün rəsmi Tehran tərəfindən onların inşaat materialları ilə təmin olunması üçün ayrıca maliyyə vəsaiti də ayrılıb.

Geri qayıt