Əsas Səhifə > Hadisə > DİNDARLAR İLKİN İFADƏLƏRİNDƏN İMTİNA EDİBLƏR
DİNDARLAR İLKİN İFADƏLƏRİNDƏN İMTİNA EDİBLƏR12-03-2012, 16:34 |
VƏKİL GƏNCƏLİ DİNDARLARLA GÖRÜŞƏ BİLDİ Gəncənin Nizami rayon polisinin müstəntiqləri Füzuli Şıxıyev və Elçin Əzizov vəkil Nemət Kərimlini fevral ayının ortalarında həbs olunan dindarlar Asəf Əliyevlə İlham Ələkbərova təqdim edib. Martın 1-də vəkil Gəncədəki istintaq təcridxanasında saxlanan dindarlarla görüşmək istəyib, lakin Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi buna mane olub. Problemin həll olunması üçün vəkil Baş Prokurorluqda qərb bölgəsi üzrə kurator Cəsarət Əzizovla görüşüb. Cəsarət Əzizovun müdaxiləsindən sonra vəkil dindarlarla bağlı hüquqi prosedurlara başlayıb. Martın 12-də “Media forum” saytına danışan Nemət Kərimli qeyd edib ki, hüquqlarını qoruduğu şəxslər Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham olunurlar: “Hər iki şəxs bir dəfə ifadə versələr də, ilkin ifadələrindən imtina ediblər. Dindarlardan birini fevralın 16-da, digərini isə fevralın 17-də həbs ediblər. Asəf Əliyev İranın Qum şəhərində ruhanı təhsili alıb. İlham Ələkbərovun isə heç bir dini təhsili yoxdur, dindar ailədəndir. Azərbaycan İslam Partiyası Gəncə rayon komitəsinin sədri Yusif Ələkbərovun qardaşıdır. Yusif Ələkbərov xeyli müddətdir axtarışdadır, onun barəsində cinayət işi açılıb”. Nemət Kərimli hüquqlarını müdafiə etdiyi şəxslərlə bağlı tədbirləri davam etdirəcəyini deyib: “Novruz bayramından sonra onların həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün Gəncənin Nizami Rayon Məhkəməsinə ərizə verəcəm”. Geri qayıt |