Əsas Səhifə > Hadisə, Manşet > QUBA ÜSYANININ GÜNAHKARLARI TAPILDI
QUBA ÜSYANININ GÜNAHKARLARI TAPILDI12-03-2012, 15:13 |
İCRA BAŞÇISININ EVİNİNİ YANDIRMALARINA GÖRƏ 5 NƏFƏR HƏBS OLUNUB DİA.AZ: - Quba hadisələri ilə bağlı 5 nəfər saxlanılıb. Onlardan 3-ü Bakıya gətirilib və onlara qarşı ittiham irəli sürülüb. Qubadakı müxtəlif mənbələrdən bəlli olub ki, ilkin olaraq hadisələrlə bağlı videoçəkilişlərə baxış keçirilib. Bundan sonra İcra Hakimiyyəti başçısı Rauf Həbibovun evinin yandırılmasında iştirakı güman edilən 5 nəfər saxlanılıb. İlkin qeyri-rəsmi məlumatlara görə, Alxas Danyalov, Samir Xammədov, Fərhad Abdullayev, Xəyyam Yunusov və Murad Zakirov saxlanılıb və sonradan onlardan iki nəfəri azad buraxılıb. A.Danyalov və S.Xammədovun vəkilləri onlara qarşı Cinayət Məcəlləsinin 186.1 (əmlakı qəsdən məhv etmə) və 233-jü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) maddələri ilə cinayət işi başlandığını təsdiq ediblər. A.Danyalovun vəkili Rəfiqə Seyidova bildirib ki, müdafiə etdiyi şəxs Kürdəxanı istintaq təcridxanasında saxlanılır və barəsində iki ay həbs qətimkan tədbiri seçilib. Onu da qeyd edək ki, hüquq-mühafizə orqanları Quba hadisələri ilə bağlı həbs olunanların sayı və Cinayət Məcəlləsinin hansı maddələri ilə cinayət işinin qaldırılması barədə şərh vermir. Geri qayıt |