Əsas Səhifə > Gündəm, Manşet > QƏRBİ AZƏRBAYCANLILAR RUH YENİLƏYİR

QƏRBİ AZƏRBAYCANLILAR RUH YENİLƏYİR


12-03-2012, 12:00
QƏRBİ AZƏRBAYCANLILAR RUH YENİLƏYİR

ELDAR NAMAZOVUN SƏDR SEÇİLMƏSİ ƏLİ İNSANOVUN TƏLİMATI OLUB

DİA.AZ: - Azərbaycan Deportasiya Qurbanları Cəmiyyəti idarə heyətinin toplantısı kecirilib. “Media forum” saytına verilən məlumata görə, cəmiyyətin fəaliyyətdə olan sədri dəyişib. Nurəddin Mustafayevin yerinə politoloq Eldar Namazov seçilib.

Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Cəmiyyət ölkədə siyasi məhbusların olmasından narahatlığını ifadə edib və problemi kökündən həll etmək üçün hakimiyyəti Novruz bayramı, mayda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində geniş amnistiya tətbiq etməyə çağırıb.

Qeyd olunub ki, yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi məhbus siyahısına saldığı bütün şəxslər, o cümlədən keçmiş nazirlər Əli İnsanov, Fərhad Əliyev və onların işi ilə bağlı məhküm olunmuş şəxslər, 2 aprel məhbusları, gənc fəalları, hicab dustaqları azadlığa buraxılmalıdır.

DİA.AZ-a verilən məlumatda deyilir ki, Eldar Namazov yeni postunda keçmiş səhiyyə naziri Əli İnasnovun da xeyir-duasını alıb. Bu barədə danışan mənbəmiz bildirir ki, Deportasiya Qurbanları Cəmiyyətinə Eldar Namazovun gətirilməsi təsadüfi deyil:

“Məlumdur ki, Nurəddin müəllim son illər xəstəliyi səbəbindən aktiv fəaliyyət göstərə bilmirdi. Buna görə də təşkilatın işi də zəifləmişdi, elə bir fəallıq gözə dəymirdi. Bu səbəbdən rəhbər dəyişikliyi zəruri idi. Eldar Namazov da təsadüfi seçilməyib”.

Mənbəmiz onu da bildirdi ki, qurum Əli İnsanovla bağlı ciddi tədbirlər planı da hazırlayır: “Hətta quruma keçmiş nazirə yaxın qaynaqlardan maliyyə dəstəyinin verilməsi də nəzərdə tutulub. Bu yaxınlarda Əli İnsanovun əslən Qərbi Azərbaycan bölgəsindən olan sahibkarlara “fəallaşın” ismarıcını göndərməsini də unutmaq olmaz”.

Geri qayıt