Əsas Səhifə > Gündəm, Manşet > RÖVNƏQ ABDULLAYEV AFFA-DA NİYƏ QALDI?

RÖVNƏQ ABDULLAYEV AFFA-DA NİYƏ QALDI?


11-03-2012, 13:20
RÖVNƏQ ABDULLAYEV AFFA-DA NİYƏ QALDI?

ARDNŞ PREZİDENTİ RƏHBƏRLİYİ «HAFKA»YA ÖTÜRMƏK İSTƏSƏ DƏ…

DİA.AZ: - Məlum olduğu kimi Azərbaycan Futbol Federasiyası Assosasiyasında mart ayının 9-da yenidən seçkilər keçirildi və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 2-ci dəfə AFFA-nın rəhbərlik sükanını ələ aldı. Halbuki buna qədər yayılan məlumatlarda deyilirdi ki, Rövnəq Abdullayev əslində AFFA-dan getmək fikrində olub və bu işi hazırda «Bakı» futbol klbuna rəhbərlik edən, tanınmış iş adamı, «Hafka» ləqəbli Hafiz Məmmədova ötürmək niyyətində olub.

Mənbəmiz bildirir ki, AFFA-dan getmək niyyəti ARDNŞ prezidentində əvvəldən olsa da, başqa bir qurumun və yaxud da sahibkarın hazırki şərtlər altında AFFA-nın maliyyələşməsində iştirakı mümkünsüz görünür. Hər halda, əcnəbilərin yolunda «futbolu inkişa etdiririk» adı altında havaya sovrulan pulların miqyası da Neft Şirkətinin bu məsələdə anoloqsuz mövqedə dayandığı diqqətə gəlir.

«Amma buna baxmayaraq, Rövnəq Abdullayev AFFA-dan getmək niyyətini yuxarıların diqqətinə çatdırır» deyən mənbəmiz DİA.AZ-a bildirir ki, o, hətta öz namizədinin olduğunu da söyləyir: «Amma Rövnəq Abdullayev rədd cavabı alır. Hətta onun «ARDNŞ bundan sonra da əvvəlki kimi AFFA-nı himayə edəcək» təminatı belə heç bir rol oynamır».

Mənbəmiz bildirir ki, əslində burada məsələ Hafiz Məmmədovla bağlı olub. Bildirək ki, Hafiz Məmmədov nəqliyyat naziri Ziya Məmmədova yaxın fiqur hesab olunur və planda da var imiş ki, onun AFFA-ya rəhbər gətirilməsinin ardından NN öz maliyyə resursları ilə AFFA-ya dəstək olacaq. «Bakı futbol klubunun rəhbərliyi isə Hafiz Məmmədovun qardaşına - hazırda da sözügedən klubun əsas aparıcı şəxsi hesab olunan Zeynal Məmmədova ötürülməsi düşünülürdü.

Amma Ziya Məmmədovun son zamanlar mövqe itkisinə uğraması, həmçinin taksi sürücülərinin qiyamı, Qubadakı 1 mart olayları ona olan etimadı azaltdığından NN şefinin adamının AFFA rəhbərliyinə gətirilməsi məsələsi də həllini tapmır.


Geri qayıt