Əsas Səhifə > Cəmiyyət > DYP-DƏN SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

DYP-DƏN SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ


11-03-2012, 12:29
DYP-DƏN SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

YOL POLİSİ EHTİYATLI OLMAĞI MƏSLƏHƏT GÖRÜB

Bakı yol polisi qarlı hava şəraiti ilə əlaqədar olaraq sürücüləri diqqətli olmağa çağırır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bazar günü Trend-ə bildirib ki, qarlı hava şəraiti nəticəsində paytaxt ərazisindəki enişli-yoxuşlu yollarda nəqliyyatın hərəkəti üçün əlverişsiz şərait yaranıb.

Bununla əlaqədar Bakı Yol Polisi sürücülərə mümkün dərəcədə şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyi, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyi tövsiyyə edir.

Əsədov qeyd edib ki, yolların buz bağlaması müşahidə olunmayıb və paytaxt ərazisindəki bütün yollar açıqdır.

Xatırladaq ki, bazar günü səhər erkən saatlardan Bakıya yenidən qar yağmağa başlayıb.


Geri qayıt