Əsas Səhifə > Cəmiyyət > ZAQATALADA 1 GÜNDƏ 4 YANĞIN BAŞ VERİB

ZAQATALADA 1 GÜNDƏ 4 YANĞIN BAŞ VERİB


11-03-2012, 12:21
ZAQATALADA 1 GÜNDƏ 4 YANĞIN BAŞ VERİB

4,5 HEKTARLIQ SAHƏ YANIB

Azərbaycanın Zaqatala rayonunda bir gündə 4 yanğın hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqaladə Hallar Nazirliyinin(FHN) Zaqatala Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, yanğınlar rayonun Danaçı, Yuxarı Tala, və Əliabad qəsəbələri ərazisində quru otlaq və kol-kos sahələrində baş verib. Ümumilikdə 4,5 hektar sahə yanıb.

Rayonun Yuxarı Tala kəndi ərazisində baş vermiş yanğının genişlənərək yaxınlıqdakı meşə zolağına keçməsinin qarşısı alınıb. Digər bir yanğın hadisəsi isə Zaqatala şəhəri Sülh küçəsində, Əfəndi Məmmədovun yaşadığı evin həyətyani sahəsində tikilmiş, ümumi sahəsi 36 kv/m olan yardımçı tikilidə baş verib. Yanğın nəticəsində yardımçı tikilinin 12 kv/m sahəsi yararsız hala düşüb.

Zaqatala YMH-nin əməkdaşlarının səyi nəticəsində yanğının genişlənərək yaşayış evinə keçməsinin qarşısı alınıb.

Fakla bağlı Zaqatala YMH-də araşdırma aparılır.


Geri qayıt