Əsas Səhifə > Hadisə, Manşet > ONLARIN HEÇ BİRİ ƏFV OLUNMAYACAQ
ONLARIN HEÇ BİRİ ƏFV OLUNMAYACAQ10-03-2012, 14:26 |
PREZİDENT ADMİNİSTRASİYASINDA SABİQ NAZİRLƏRLƏ BAĞLI NET CAVAB VERİLİB DİA.AZ: - Məlum olduğu kimi, dünən bir qrup hüquq-müdafiəçisi Prezident Aministrasiyasında olublar. Rəsmən verilən xəbərlərdən aydın olur ki, administrasiyada keçirilən görüşdə «siyasi fəaliyyətlə məşğul olmuş məhbusların» («siyasi məhbus» ifadəsini indi də belə formulə edirlər -red.) durumu müzakirə olunub. Və başqa bir açıqlama verilmir. Bildirək ki, bundan bir qədər əvvəl hüquq-müdafiəçisi Novella Cəfəroğlu Novruz Bayramı ərəfəsində əfv fərmanının imzalanması xahişilə prezident İlham Əiyevə müraciət ünvanlamışdı. Novella xanımın bildirdiyinə görə, onlar hətta keçmiş səhiyyə naziri Əli İsanovun, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin və digər populyar məhbusların da azadlığa buraxılmasını xahiş ediblər. Bu barədə DİA.AZ-a hökumət içindəki qaynaqlardan ötürülən məlumatda isə bildirilir ki, PA-dakı müzakirələr zamanı hüquq-müdafiəçilərinə çox net şəkildə bildirilib ki, onların xahişini etdikləri nazirlərin azadlığa buraxılması qeyri-mümkündür. Mənbənin söylədikləri: «Lakin bəzi məhbusların məsələlərinə baxılması haqda vəd verilib. Və eyni zamanda bildirilib ki, hələ əfv fərmanının verilib-verilməyəcəyi də qətiləşməyib». Onu da bildirək ki, qeyri-rəsmi mənbələr Novruz Bayramı ərəfəsinə amnistiya aktının imzalanmasının da mümkünlüyünü irəli sürürlər. Və bunu da «Avroviziya» yarışması ərəfəsində hakimiyyətin beynəlxalq aləmə jesti kimi dəyərləndirirlər. Geri qayıt |