Əsas Səhifə > Cəmiyyət > DAHA BİR SAXTA REYTİNQ CƏDVƏLİ

DAHA BİR SAXTA REYTİNQ CƏDVƏLİ


10-03-2012, 12:30
DAHA BİR SAXTA REYTİNQ CƏDVƏLİ

SIĞORTAÇILARIN REYTİNQİ HARADA HAZIRLANIR?

Demə, Azərbaycanın ən məşhur sığorta şirkəti Beynəlxalq Sığorta Şirkəti imiş. Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin sifarişi ilə “GfK Turkiye” şirkətinin sığorta bazarı üzrə tədqiqatı bunu göstərir.

Çoxaylıq işin nəticəsi təəccüblüdür – nədənsə "Atəşgah" və AXA MBASK kimi püxtələşmiş şirkətlər 6-cı və 7-ci olub, ən yaşlı və şaxələnmiş “AzərSığorta” və həyat sığortası üzrə ixtisaslaşan, bütün korporativ müştərilərin tanıdığı iki şirkət ("Atəşgah həyat Sığorta" və "Paşa həyat Sığorta") siyahıya düşməyib.

Bundan başqa, liderlər üçlüyünə ortabab “Standard Insurance” və “Ata Sığorta” düşüb. Respondentlərin səsinin necə bölünməsi cədvəldən görünür.


№ Sığorta şirkəti %

1 BSŞ 9,2

2 "Standard Insurance" 9,1

3 "Ata Sığorta" 9

4 "Qarant Sığorta" 7,7

5 "Paşa Sığorta" 7,7

6 "Atəşgah" 7,1

7 "AXA MBASK" 6,6

8 "Xalq Sığorta" 5,6

9 "A-Qroup" 5,1

10 "Başak İnam Sığorta" 3,2

11 "Günay Sığorta" 3,2

12 "İpək Yolu Sığorta" 3,2

13 "Azərbaycan Sənaye Sığorta" 2,6

14 "Az Sığorta" 2,6

15 "Qala Hayat" 2,6

16 "Temz Sığorta Qrupu" 2,6

17 "Alfa Sığorta" 2,1

18 "Azərqarant" 2,1

19 "Rəvan Sığorta" 2,1

20 "Bakı Sığorta" 1,5

21 "Era Trans Sığorta" 1,5

22 "Əmrah Sığorta" 1,5

23 "Fidan Sığorta" 1,1

24 "Chartis Azerbaycan" 0,5

25 "Mega Sığorta" 0,5

Ümumiyyətlə, belə oyunlarla siyasətçilər və şou-biznessçilər məşğul olur. Maliyyəçilər daha ciddi strukturlara müraciət edir. Əgər Dövlət Sığorta Nəzarəti Xidməti “ekvilibrist”lərin nəticələrinə inanırsa, bu, onun öyrənməyə yanaşmasının acınacaqlı səviyyəyə yuvarlanmasını göstərir.

Azərbaycanda 29 sığorta və 1 təkrarsığorta şirkəti var. Üç gün əvvəl “Fidan Sığorta” lisenziyadan məhrum edilib, “Royal Sığorta” 29 dekabrda lisenziya alsa da, polis satmağa başlamayıb.

Geri qayıt