Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT CİDDİ DƏYİŞİKLİKLƏRƏ GEDİR
HAKİMİYYƏT CİDDİ DƏYİŞİKLİKLƏRƏ GEDİR10-03-2012, 12:22 |
İRİ RANQLI MƏMURLAR, ÇOXSAYLI İCRA BAŞÇILARI HƏDƏFƏ ÇEVRİLİB DİA.AZ: - Hakimiyyət icra strukturlarında ciddi kadr dəyişikliklərinə hazırlaşır. Məlumatlı mənbənin DİA.AZ-a verdiyi məlumata görə, dəyişikliklər gələn ilk keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlanan tədbirlər planının bir hissəsidir. Mənbə bildirib ki, hakimiyyət rəhbərliyi əvvəlcə bölgələrdə əhalinin nifrət obyektinə çevrilən kadrları idarəetmə sistemindən kənarlaşdıracaq. Onların bəzilərinin fəaliyyətinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağı da gözlənilir. Xəbərdə daha sonra bildirilir ki, 5 ildən artıq eyni rayonda fəaliyyət göstərən icra başçılarının vəzifədən çıxarılması qaçılmazdır, onların əksəriyyəti yenidən təyinat almayacaq. Mənbə hakimiyyət rəhbərliyinin hər rayona özündən olan kadrları rəhbər təyin edəcəyini də vurğulayıb. Çünki icra başçılarının kənardan gətirilməsi, onların da özlərinə qohum-əqrabadan ibarət komanda yığması əhalinin böyük narazılığına səbəb olur. Məlumatda daha sonra qeyd olunur ki, kadr dəyişiklikləri iri ranqlı məmurları da əhatə edəcək. Bu sıraya bir neçə nazir, xidmət rəhbəri, komitə sədri də daxildir. Mənbə vurğulayıb ki, hakimiyyət rəhbərliyi böyük gərginlik altında keçiriləcək seçkilərə mənfi reputasiyalı məmurlarla getməkdə maraqlı deyil. Bu, ciddi problemlərə səbəb ola bilər. Xəbərdə xüsusi ilə vurğulanır ki, bu plan Quba hadisələrindən xeyli əvvəl ortaya atılan təkliflər içində olub. Amma hakimiyyətdaxili bəzi qüvvələr bu təklifin həyata keçirilməsinə qarşı çıxıb. Qubada baş verən iğtişaşlar isə islahatların nə qədər zəruri olduğunu hakim komandaya bir daha anladıb. Geri qayıt |