Əsas Səhifə > Cəmiyyət, Manşet > BAKIDA YENİ SÖKHASÖK PLANI CIZILIR

BAKIDA YENİ SÖKHASÖK PLANI CIZILIR


9-03-2012, 16:49
BAKIDA YENİ SÖKHASÖK PLANI CIZILIR

ŞİRİN MİRZƏYEV 72 VƏ ƏTRAF BİNALAR QƏSDDƏN QƏZALI VƏZİYYƏTƏ SALINIR

DİA.AZ: - Son ara Bakıda bir çox binaların torpaq sürüşməsi nəticəsində qəzaləı vəziyyətə düşdüyünün şahidi oluruq. Amma süni, baxımsızlıq səbəbindən də bir çox binalar qəzalı vəziyyətə salınır. Məsələn, redaksiyamıza daxil çolan məlumatlardan aydın olur ki, Nizami rayonu Şirin Mirzəyev 72-də yerləşən bina və ətraf binaların bir çoxu məqsədli olaraq qəzalı vəziyyətə salınır.

DİA.AZ-a verilən məlumatda deyilir ki, qəza vəziyyətini yaradan səbəb bina ətrafında yerləşdirilən su nasoslarıdır: “Nasosların düzgün yerləşdirilməməsi, binanın kor təbii surətdə deşilməsi, həyətdə keçən kanalizasiya xəttinə qoşulma və borunun üzərinin asfaltlanmaması cətin vəziyyət yaradıb. Nasoslardan axan su binanın özülünə daxil olur, zirzəmi su ilə dolur nəticədə binada yerləşən mənzillərdə nəmişlik yaranır. Bu cür problemlər təhlükəli vəziyyətə salınmasına zəmin yaradır, binanın yola baxan hissəsindən binanınxarici görünüşünə nəzər yetirilsə hər şey daha aydın nəzərə çarpar”.

Qeyd edək ki, sakinklərin problemləri bununla da bitmir: “Binanın həyəti ilk baxişdan “kimsəsiz xarabalığı” xatırladır. Hət\yətin vaxtı vaxtında süpürülməməsi, süpürülən də isə təmiz süprülməməsi həyətə toplaşan ağsaqqalları, ağbirçəkləri və hətta binanın kiçik sakinlərini də narahat edir. Bütün bu problemlərdən yalnız bir sual meydana gəlir: “Əgər belə gedərsə, bu cür binaların vəziyyəti necə olacaq?”

Bu sualı Nizami rayon İcra Hakimiyyəti başçısı Tahir Budaqov cavablandırsa, daha məqsədə yönlü olar.

Mövzu diqqətimizdədir...


Geri qayıt