Əsas Səhifə > Hadisə, Manşet > «AVROVİZİYA» BAYILI YENƏ DƏ SUSUZ QOYDU
«AVROVİZİYA» BAYILI YENƏ DƏ SUSUZ QOYDU9-03-2012, 16:41 |
«AZƏRSU»DAN: «DÖVLƏT SUYUNUZU BAĞLAYIB, DÖVLƏTƏ QARŞI GEDİRSİNİZ?» DİA.AZ: - Bayıl sakinləri yenə də problemlə üz-üzə qalıblar. Bu barədə redaksiyamıza qəsəbədən məlumat veriblər. Buna səbəbsə «Avroviziya-2012» yarışmasına tədarük məqsədilə aparılan inşaat işlərindəki ehtiyatsızlıq nəticəsində qəsəbənin su təminatında yaranmış problemdir. Sakinlər DİA.AZ-a bildirirlər ki, özbaşına aparılan inşaat işlərinə görə, kimsə məsuliyyət daşımır: «Əgər daşıysaydı, belə hal yaranmazdı. Bununla neçənci dəfədir ki, qəsəbəyə verilən su kəsilir. Səbəbsə qazıntı işləri zamanı boruların partlaması olur. Planlı iş görmürlər. Əgər planlı iş görsəydilər, o zaman boruların, naqillərin keçdiyi ərazidə qazıntı işlərini yap aparmazdılar, ya da ehtiyatlı addımlar atılardı». Sakinlərin bildirdiyinə görə, Bayıl bazarının yaxınlığında su borularının partladılması nəticəsində əməlli-başlı göl yaranıb: «Tıxaca düşən sürücülər də borulardan fısqıran su ilə maşınlarını yuyurlar. Biz isə evdə içməyə su tapmırıq». Sakinlərin sözlərinə görə, onlar artıq bu barədə «Azərsu»nu da məlumatlandırıblar: «Qurumun 955 saylı qaynar xəttinə müraciət etdik. Amma bizi oradan hədələdilər. Bildirdilər ki, suyu dövlət işləri üçün dövlət kəsib. Və bizə dedilər ki, dövlətə qarşı gedirik, bu da bizə baha başa oturacaq. Biz başa düşmürük ki, su istəmək, nə vaxtdan dövlətə qarşı getmək olub?» Geri qayıt |