Əsas Səhifə > Ölkə, Manşet > RAUF HƏBƏİBOVA YENİ VƏZİFƏ VERİLİR

RAUF HƏBƏİBOVA YENİ VƏZİFƏ VERİLİR


9-03-2012, 14:39
RAUF HƏBƏİBOVA YENİ VƏZİFƏ VERİLİR

ZİYA MƏMMƏDOV QURBANA ÇEVRİLMİŞ ADAMINI SAHİBSİZ QOYMUR

DİA.AZ: - Mart ayının 1-də Qubada baş vermiş olaylar nəticəsində vəzifəsindən alınan adıkeçən rayonun sabiq icra başçısı Rauf Həbibova yeni vəzifə verilə bilər. Bu barədə məlumat redaksiyamıza Nazirlər Kabinetindəki qaynaqlardan ötürülüb.

DİA.AZ-a çatan xəbərlərə görə, nəqliyyat naziri Ziya Məmmədova yaxın fiqur olan Rauf Həbibov son ana qədər nazir tərəfindən müdafiə olunub. Hətta Ziya Məmmədovun sakinlər qarşısına çıxaraq üzr istəməsində də ilkin məqsəd Rauf Həbibovun görəvdə saxlanılmasına xidmət edib. Amma buna baxmayaraq maraqlı qüvvələr Rauf Həbibovu bitirəcək olyların daha da körükləməklə Ziya Məmmədovun üzrxahlığını belə əhəmiyyətsiz hala gətirib.

Mənbəmiz bildirir ki, əslində Ziya Məmmədov yerli sakinlərdən üzr istədikdən sonra Qubadakı qiyam yatırılmış hesab olunurdu. Çünki bu zaman etirazçılar yavaş-yavaş dağılırmış və onların nümayəndələri icra hakimiyyətində qəbul da edilib. Amma qəfildən hər şey yenidən qarışıb və bir də xəbər alınıb ki, artıq Rauf Həbibovun evi atəşə verilib. Bunu diqqətə çatdıran mənbəmizə görə, əslində hadisələrin rəvan şəkildə axarı kimlərinsə marağında olmayıb və əsas hədəf də elə Rauf Həbibovun özü olub.

Onu da xatırladaq ki, bəzi qaynaqlar Rauf Həbibovu bitirən həmin o çıxışın məqsədli şəkildə konteksdən çıxarıldığını bildirirlər. Və bu iddianı ortaya qoyanlar arasında hazırda Quba rayonu rəhbəri funksiyasını icra edən icra başçısının birinci müavini Sahib Məmmədov da var ki, o da öz açıqlamasında Rauf Həbibovun düzgün anlaşılmadığını bəyan etmişdi.

Məlumatlarda isə o deyilirdi ki, əslində Rauf Həbibovun «vurulmasında» yəhudi lobbisi fəal iştirak edib. Buna səbəbsə icra başçısının Qubada yəhudilər üçün ayrıca mərkəzin inşası məqsədilə müvafiq ərazini ayırmaq istəməməsi və belə bir tələbdə bulunan Fransa yəhudiləri katolik kilsəsinin nümayəndələrinə ağır formada - «bura Fələstin deyil, Azərbaycandır» şəklində cavab verməsi olub.

Son məlumatlarda isə deyilir ki, Rauf Həbibovu vəzifəsində qoruya bilməsə də, Ziya Məmmədov ona yeni vəzifə vəd edib: «Ola bilsin ki, keçmiş icra başçısı NN-ə aid strukturların birində vəzifəyə gətirilsin. Hələlik bu barədə Rauf Həbibova vəd verilib. Yəqin vəziyyətin bir az stabilləşməsi gözlənilir».

Geri qayıt