Əsas Səhifə > Siyasət, Manşet > TALEH HEYDƏROV «AVROVİZİYA» GƏMİSİ ALIB
TALEH HEYDƏROV «AVROVİZİYA» GƏMİSİ ALIB9-03-2012, 13:38 |
FHN ŞEFİNİN OĞLUNUN BAHALI GƏMİSİ BİR AY SAHİLDƏ DAYANACAQ DİA.AZ: - Bütün ölkə «Avroviziya-2012» mahnı yarışmasına səfərbər olunub. Doğrudur, məsələn, nəqliyyat nazirliyinin sözçüısü Namiq Həsənov açıqlama verərək bildirir ki, NN adından görülən işlərin, yeniliklərin «Avroviziya»ya heç bir aidiyyatı yoxdur. Amma bu fikrin həqiqət payının az olduğunu hər kəs gözəl bilir. Ən azından digər dövlət qurumları kimi NN-nin də «islahatları» sürətli şəkildə icra etməsindən hər şey aydın olur. Yəni vaxta az qalıb, yarışmaya qədər hər şey hazır olmalıdır. Məlum olduğu kimi, beynəlxalq mahnı yarışmasının keçirilmə ünvanı - Büllur Saray demək olar ki, hazırdır. 30 min tamaşaçını ağırlayacaq Sarayın hansı keyfiyyətdə olacağını sonradan anlayacağıq. Hələliksə, sarayın da yerləşdiyi Bayıl qəsəbəsi ərazisində traktor səsləri, yük maşınlarının şütüməsi, fəhlələrin bir-birini haylamsı adi hala çevrilib. Bir sözlə, iş gedir və hamı tədarük içindədir. Elə redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, tədarük içində olanlar sırasında məmurlrımız, onların övladları da var. Məsələn, bu arada DİA.AZ-a ötürülən xəbərdə deyilir ki, özünün hədsiz israfçılığı ilə bu günə qədər diqqətləri cəlb edən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov da «Avroviziya-2012» yarışmasına hazırlaşır. Bu barədə danışan mənbəmiz bildirir ki, nazir oğlu bu məqsədlə hətta bahalı gəmi də sifariş edib: «Gəmi yarışma gedən ərəfədə Büllur Sarayın yaxınlığında Xəzər sularında lövbər salacaq». Mənbəmiz bildirir ki, gəminin qiyməti 20 milyon ABŞ dollarıdır: «Bu gəmi bəlkə də ən bahalı gəmilərdən biri hesab oluna bilər. İstirahət üçün hər bir şəraiti olan gəminin 5 mərtəbəli oteli də fəaliyyət göstərəcək. Bütün xidmətlər məhz turistlər üçün nəzərdə tutulduğundan gəmidə alış-veriş nəğd formada yalnız avro ilə həyata keçiriləcək. Təbii ki, turistlərlə yanaşı, yerli oliqarx heyətin nümayəndələrinin də Taleh Heydərovun gəmisində şərab içə-içə yarışmanı seyr etməsi mümkündür». Mənbəmiz gəminin aprel ayının sonları Xəzərin Azərbaycan sahillərinə yaxınlaşacağını da bildirir: «Gəmi Rusiyada istehsal olunur, amma gəminin yığılmasında ingilis və yapon mütəxəssislərin də xidmətlərindən istifadə olunmaqdadır. Çünki gəmi sifariş edilərkən bir çox özəl istəklər də sifarişdə yer alıb». Geri qayıt |