Əsas Səhifə > Ölkə > PREZİDENTƏ ƏFV MÜRACİƏTİ EDİLDİ
PREZİDENTƏ ƏFV MÜRACİƏTİ EDİLDİ9-03-2012, 13:25 |
BU GÜN PREZİDENT ADMİNİSTRASİYASINDA MÜZAKİRƏ OLACAQ Bir həftə əvvəl hüquq müdafiəçiləri prezidentə Novruz bayramı öncəsi əfv üçün müraciət ünvanlayıblar. Martın 9-da bir qrup müdafiəçi Prezident Administrasiyasında bu məsələnin müzakirəsinə qatılacaqlar. Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. O deyib ki, əfvlə bağlı yeni siyahı hazırlanıb və Əfv Komissiyasına təqdim edilib: «Siyahıda 2 aprel mitinqində tutulanların, o cümlədən Bəxtiyar Hacıyev, Ruslan Bəşirli, Əli İnsanov, Fərhad Əliyevin də adları var». Geri qayıt |