Əsas Səhifə > Siyasət, Manşet > SÜRÜCÜLƏRİN YENİ QİYAMI GÖZLƏNİLİR
SÜRÜCÜLƏRİN YENİ QİYAMI GÖZLƏNİLİR8-03-2012, 12:08 |
193 SAYLI MARŞRUTDA BÖHRANLI VƏZİYYƏT YARANIB; NARAZILIQ VAR DİA.AZ: - Bakıda daha bir sürücü qiyamı gözlənilir. Bu barədə redaksiyamızı 193 saylı marşrut xəttində çalışan sürücülərdən biri məlumatlandırıb. Onun bildirdiyinə görə, indiki şərtlər altında sözügedən xəttdə çalışmaq heç bir baxımdan sərf etmir və artıq möhtac içində yaşamaqdan, ancaq müdriyyət üçün çalışmaqdan yorulublar. DİA.AZ-a bu barədə danışan sürücü bildirdi ki, gün ərzində 7-8 dəfə reys edirlər və bir gün üçün 38-40 manat dəyərində yanacaq işlədirlər: «Havalar pis olanda isə ümumiyyətlə, müştəri qıtlığı olur. Bu gün də elə bir vəziyyət yaranıb. Artıq yorulmuşuq. Rəhbərlik isə planda endirim etmir, əksinə, günü gündən şərtləri ağırlaşdırırlar». Həmsöhbətimiz bildirdi ki, bu gündən etibarən təxminən 20-yə yaxın sürücü sözü bir yerə qoyaraq xəttə çıxmaqdan imtina edəcəklər: «Kim bu şəraitdə işləyər? Bizim övladlarımız övlad deyil? Biz də yaxşı, insan kimi yaşamaq istəyirik. Nə vaxta qədər ancaq bir-iki nəfər üçün çalışmalıyıq? Dövlət hara baxır? Niyə bizi müdafiə etmirlər?» Redaksiyamıza danışan sürücü onu da bildirdi ki, hətta bununla bağlı, planın aşağı salınması ilə əlaqədar müdriyyətə müraciət etsələr də, onları eşidən olmayıb: «Biz artıq bilirik nə edəcəyik. Xəttə çıxmayacağıq. Görək, hansı sürücü onlara pul qazanıb verəcək»… Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |