Əsas Səhifə > Gündəm, Manşet > CƏLİLABAD SAKİNLƏRİ DƏ “İSTEFA” DEDİLƏR
CƏLİLABAD SAKİNLƏRİ DƏ “İSTEFA” DEDİLƏR8-03-2012, 11:53 |
NEÇƏ GÜNDÜR RAYONUN ZÜLMƏT İÇİNDƏ OLMASI SAKİNLƏRİ CANA DOYURUB DİA.AZ: - Artıq əyalətdəki insanlarmızı bu vaxta qədər dözdükləri problemlərə səbr etmək niyyətində olmadıqlarını diqqətə çatdırmaqdadırlar. Qubada baş verən olaylar bu yöndən ilk siqnal olsa da, digər rayonlarda da ciddi hərəkətlənmələr var. Bir qrup Cəlilabad rayon sakini adından DİA.AZ-a ünvanlanan şikayət məktubu da insanların səbr kasasının daşmasının göstəricisi kimi qəbeul oluna bilər. Həm də prezident İlham Əliyevə ünvanlanan sözügedən çüraciəti diqqətinizə çatdırırıq: “Yazıb sizə bildiririk ki, Cəlilabad rayonu işıq verilməsi sahəsində problemlər içində boğulur. Rayon Elektrik Paylayıcı Şəbəkəsi rəhbərliyi əhalinin problemlərinin həlli üçün heç bir iş görmür, qanunsuz əməllərlə məşğul olur. Abonentlərə qeyri-qanuni artıq borclar yazıblar. Həmin borclar sayğacın göstəricilərindən qat-qat yuxarıdır. Əhali işıq pulunu vaxtı-vaxtında ödəyir, lakin bu borclar hardan əmələ gəlib, heç kəsin başı çıxmır. Xəbərdarlıq eləmədən qapılara polis göndərirlər, əhalinin rahatlığını pozurlar. Özləri yazdıqları yalan borc kağızlarına görə əhalidən pul qoparmağa çalışırlar. Kəndlərin küçələrində stolbalar çürükdü, məftillər qırıq-qırıqdı. Ölkə batıb gedir. Montyoru gətirirsən, deyir mən bu dirəyə necə çıxım, aşa bilər. Qış aylarında tez-tez qəzalar baş verir, çünki 1960-cı illərdə Sovet hökuməti tərəfindən yaradılmış inrfastruktur yenilənməyib, vaxtı çıxıb. Fasilələrlə işıq verilir, eynilə Elçibəyin vaxtındakı kimi işıqla təmin olunuruq. Verilən işıq da gah közərir, gah gücləşir, bu da çoxlu evdəki avadanlıqlarımızın yanmasına, ütülməsinə səbəb olur. Səsimizə səs verən yoxdur, dövlət orqanları bizi başlı-başına buraxıb. Əhali ilə müqavilə bağlanmayıb, hansı şərtlər altında biz onlara pul ödəməli və xidmət göstərilməlidir, müəmmalı qalır. Dövlət orqanlarına şikayət yazan abonentlərin adından saxta izahatlar yazıb yuxarı təşkilatlara göndərirlər, öz əməllərini ört-basdır edirlər. Yazıb sizdən bütün bunları nəzərə alaraq Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsinin müdiri İltizam Aslanovun işdən çıxarılmasını və yerinə daha diqqətcil, daha çalışqan bir rəhbərin təyin olunmasını xahiş edirik. Cəlilabad rayonu Qarazəncir kənd sakinləri: Əhmədov Əhliman Aydın oğlu Məmmədov Fərid Oktay oğlu Məmmədov Əfsərağa Adış oğlu Cəfərov Taleh Hüseynağa oğlu Şəkərov Tabarxan Babaxan oğlu Ağamalıyev Vüsal Mirzağa oğlu Cəfərov Cəfər Şahverən oğlu Cəfərov Əfqan Şahverən oğlu” Geri qayıt |