Əsas Səhifə > Cəmiyyət, Manşet > NAZİR OĞLU ASC SƏDRİNİ TUTDURUR

NAZİR OĞLU ASC SƏDRİNİ TUTDURUR


7-03-2012, 15:25
NAZİR OĞLU ASC SƏDRİNİ TUTDURUR

MƏHKƏMƏYƏ VERİLƏN SAHİBKAR İSƏ GÜNAHI QƏZETLƏRDƏ GÖRÜR

DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Yevlax “Avtovağzal” ASC-nin sədri Bəhram Məmmədovu məhkəməyə verir. Bu haqda B.Məmmədov özü bildirib.

Əmlakının əlindən alınması ilə bağlı onsuz da iki ildən yuxarıdır ki, məhkəmə çəkişməsində olan B.Məmmədov daha bir məhkəmə ilə üzbəüz qalıb.

Bildirək ki, A. Məmmədov B.Məmmədovu ünvanına böhtan deməkdə ittiham edib. Yasamal Rayon Məhkəməsində B.Məmmədovun barəsində 147-ci maddə ilə ittiham irəli sürülməsi barədə iddia qaldırıb. Martın 9-da bu işə baxılması gözlənilir.

B.Məmmədov bildirib ki, məhkəməyə verilməsinə səbəb fevralın sonunda Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda keçirdiyi mətbuat konfransı olub. Belə ki, həmin konfransda B.Məmmədov əmlakının “ZQAN-Holdinq”ə məxsus texnika ailə dağıdılması haqda danışıb. “Amma Anar Məmmədovun məni ölümlə hədələməsi haqda heç bir ifadə işlətməmişəm, nə üçünsə qəzetlər belə bir bəyanatı mənim adımdan yazıblar. İndi isə demədiyim sözə görə nazir oğlu məni məhkəməyə verir”, - ASC sədri bildirib.


Geri qayıt