Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇILARI İLƏ BAĞLI İSLAHATLAR

İCRA BAŞÇILARI İLƏ BAĞLI İSLAHATLAR


7-03-2012, 13:34
İCRA BAŞÇILARI İLƏ BAĞLI İSLAHATLAR

QUBA OLAYLARI HAKİMİYYƏTİN PLANLARININ ERTƏLƏNMƏSİNƏ NƏDƏN OLDU

DİA.AZ: - Çoxdan bəri idi ki, hakimiyyətin icra başçıları ilə bağlı yeni «yarpaq tökümü» prosesinə tədarük görməsi barədə məlumatlaryayılırdı və bildirilirdi ki, «Avroviziya» yarışması ərəfəsində bir neçə rayonunun icra başçısı görəvindən alınacaq və onların yerinə tamam yeni kadrlar təyin ediləcək.

Qubada baş verən olaylar isə təsdiqlədi ki, əslində rəsmi Bakının icra başçıları ilə bağlı siyasətində ciddi qüsurlar var. Ən azından hansısa rayona rəhbər təyinatı zamanı təyin olunan kadrın regionla bağlı bilgili olub-olmamsının yoxlanılmdığı faktı aşkara çıxdı.

DİA.AZ-a Prezident Administrasiyasına yaxın qaynaqlardan ötürülən məlumatlardan aydın olur ki, YAP iqtidarı artıq yeniliklərə tam olaraq hazırdır və təxminən 12 rayonunun icra başçısının yeniləri ilə əvəzlənməsi nəzərdə tutulub. Hətta bu zaman maraqlı bir qərarın da veriləcəyi söylənilir. Mənbəmizə görə, yeni təyin olunacaqlar arasında 29 yaşlı gənc kadr da var ki, həmin şəxs hazırda YAP-ın gənclər təşkilatında təmsil olunur.

Mənbəmizin bir məlumatında isə bildirilir ki, dəyişikliklərin erkən başlanmasının nədəni təbii ki, Quba olaylarıdır: «Artıq dəyişikliklərlə bağlı bütün işlər görülüb. Burada bir yenilik də var ki, yeni icra başçılarının demək olar ki, hamısı heç bir iqtidariçi qplaşmanın kadrı deyil və namizədlər birbaşa olaraq dövlət başçısı tərəfindən müəyyən olunub».

Bunu diqqətə çatdıran mənbəmiz əslində, sözügedən situasiyanı «prezidentin öz komandasını formalaşdırma» siyasəti ilə əlaqələndirdi: «İstər yuxarılarda, istərsə də aşağılarda təmsil olunan məmur korpusunun yenilənməsi işində birbaşa olaraq prezidentin kadrlarına üstünlük verilməsi özünü bundan sonra daha da bariz formada göstərəcək».

Mənbəmiz onu da bildirdi ki, dəyişikliklər davamlı olaraq həyata keçiriləcək və təxminən bir ay ərzində başa çatacaq.


Geri qayıt