Əsas Səhifə > Siyasət, Manşet > KƏRƏM HƏSƏNOV ÇIXDAŞ EDİLİR

KƏRƏM HƏSƏNOV ÇIXDAŞ EDİLİR


7-03-2012, 12:27
KƏRƏM HƏSƏNOV ÇIXDAŞ EDİLİR

KOMİTƏ SƏDRİNİN GEDİŞİ ÜÇÜN SON HAZIRLIQ İŞLƏRİNƏ START VERİLİB

Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun yaxın gələcəkdə tutduğu vəzifədən azad ediləcəyi ilə bağlı ölkə mediasında yer alan məlumatlar hər kəsə bəllidir. Komitə sədrinin analoqu olmayan fırıldaqlarından, qanunsuz əməllərindən bəhs edən bu yazılarda K.Həsənovla bağlı yer alan məqamlar əslində ölkədəki məmur özbaşınalığının ən ali etalonu qəbul edilə bilər.

Bugünlərdə K.Həsənovla bağlı DİA.AZ-a məlumat verən etibarlı mənbə komitə sədrinin saysız-hesabsız qanunsuzluqlarının siyasi hakimiyyət ali pilləsində qərarlaşan şəxsləri də ciddi şəkildə narahat etdiyini bildirib. K.Həsənovun ictimai rəydə formalaşdırdığı narazılıqıların ölkə başçısında da komitə sədri haqqında mənfi təəssürat yaratdığını bildirən mənbə, ali hakimiyyətin K.Həsənovla yaxın gələcəkdə vidalaşacağını da qeyd edib: «K.Həsənovun adının son bir neçə ildir ki, bir-birindən səs-küylü qalmaqallarda hallanması, hüquq-mühafizə orqanlarına, Prezident Aaparatına komitə sədri ilə bağlı saysız-hesabsız şikayətlərin daxil olması siyasi hakimiyyətin yuxarı qanadındakı məmurların da ciddi narazılığına səbəb olub. Komitə sədrinin ona edilən tövsiyyə və xəbərdarlıqlardan heç bir nəticə çıxartmaması, öz qanunsuz əməllərini eyniylə davam etdirməsi Aparat rəhbərliyi və ölkə başçısını da K.Həsənovla bağlı ciddi ölçülər götürməyə vadar edib».

Komitə sədri ölkə başçısını aldadıbmış

Mənbənin məlumatına görə, ali hakimiyyəti narazı salan başlıca məqamlardan biri komitə sədrinin bəzi məsələlərdə hətta ölkə başçısını belə aldatması olub. Mənbənin sözlərinə görə, K.Həsənovun iri layihələrdən kənarlaşdırılması da məhz bununla bağlıdır: «K.Həsənovun bir sıra layihələrin gerçəkləşdirməsi ilə bağlı ölkə başçısını aldatması, onun qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməməsi komitə sədrinin cəzalandırılması məsələsini aktuallaşdırıb. Komitə sədrinin cəzalandırılması yolunda ilk addım kimi artıq bəzi işlər də görülüb ki, bunlardan da biri K.Həsənovun Qış bulvarı layihəsindən uzaqlaşdırılması ilə bağlıdır. Belə ki, məlum layihənin icrası K.Həsənova həvalə edilsə də, sonradan komitə sədrinun bu məsələdə külli-miqdarda maxinasiyalara yol verdiyi üzə çıxdı. Bəlli oldu ki, ərazidə aparılan söküntü və daşınma işləri ilə bağlı xərcləri bir neçə dəfə şişirdərək ciddi məbləğdə vəsaitə əl qoyan, habelə, evləri sökülən sakinlərə düşən kompensasiyanın miqdarını qanunsuz olaraq xeyli dərəcədə azaldan komitə sədri, bununla özünə qısa zamanda bütöv bir xəzinə toplayıb. Dövlətin vətəndaşlara ayırdığı vəsaitə əl qoyan, hər kvadrat metrə uyğun olaraq mənzil sahiblərinə verilməsi nəzərdə tutulan pulların önəmli bir qismini mənimsəyən komitə sədri, bununla vətəndaşların kütləvi şəkildə hakimiyyətə qarşı qaldırırırdı ki, bu da çox tezliklə K.Həsənovun məlim proyektdən uzaqlaşdırılmasına səbəb oldu. Layihənin icrası isə Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edildi».

Kərəm Həsənova silsilə zərbələr serialı

Mənbənin sözlərinə görə, hakimiyyətin K.Həsənova tətbiq etdiyi cəza bununla bitmir. Mənbənin məlumatından bəlli olub ki, hakimiyyət «Evrovision-2012» tədbirlərinin keçirilməsi üçün tikilən «Kristal-holl»un inşasını da öncə komitə sədrinə həvalə etmək istəsə də, K.Həsənov sonradan bu layihədən də kənarlaşdırılıb. Fəqət K.Həsənova ən ciddi zərbə bilavasitə onun bəzi səlahiyyətlərinin alınıb dfliyyə Nazirliyinə verilməsi ilə bağlıdır ki, bu da komitə sədrini çox ciddi yeyinti mənbəyindən məhrum edib: «Komitə sədri bir-birinin ardınca nəhəng layihələrdən uzaqlaşdırılsa da, ona ən ciddi zərbə «Forma 1» deyilən sənədin verilməsi prosedurunun K.Həsənovdan alınaraq Ədliyyə Nazirliyinin sərəncamına verilməsi ilə bağlıdır. K.Həsənovun bu yenilikdən nə qədər itirdiyini təsəvvür etmək üçün bircə onu xatırlatmaq kifayətdir ki, məlum dəıyişikliyə qədər paytaxt ərazisində «Forma 1» adlı sənədin alınması üçün vətəndaşlardan sahib olduqları əmlakın göstəricilərinə uyğun olaraq 5-10 min manatdan tutmus 100-150 min manata qədər qeyri-qanuni ödənişlər tələb olunur, onların əmlakları üzərindəki mülkiyyət hüququnu sənədləşdirilmələrinə süni şəkildə maneələr yaradılırdı».

Mənbənin bildirdiyinə görə, proseslərin bu şəkildə inkişafının komitə sədrinin gələcəyi ilə bağlı yaxşı heç nə vəd etmədiyini göstərir: «Proseslərin gedişatı siyasi hakimiyyətin artıq K.Həsənova əsla etibar etmədiyini, komitə sədrinin mövqelərinə silsilə zərbələr endirməklə onun sıradan çıxarılmasına hazırlıq işlərinə start verdiyini göstərir. Komitə sədrinin öz işində yol verdiyi nöqsan və qüsurların hədsiz çoxluğu, F.Əliyevlə olan gizli yaxınlığı və s. amillərlər ali hakimiyyətin K.Həsənova olan güzəşt limitini bitirib. Odur ki, K.Həsənovun yaxın günlərdə tutduğu vəzifədən azad edilməsi olduqca real görünür. Bundan əlavə, komitə sədrinin məsuliyyətə cəlb olunması da istisna deyil».


Geri qayıt