Əsas Səhifə > Cəmiyyət, Manşet > BAŞ DƏMİRYOLÇU BİZNESƏ QOŞULUR

BAŞ DƏMİRYOLÇU BİZNESƏ QOŞULUR


6-03-2012, 16:54
BAŞ DƏMİRYOLÇU BİZNESƏ QOŞULUR

ARİF ƏSGƏROV ŞƏHƏRİN MƏRKƏZİNDƏ YENİ TİCARƏT MƏRKƏZİ TİKDİRİR

DİA.AZ: - Ölkədəki qanunsuz tikililərin, xüsusilə də qeyri-yaşayış obyektlərinin əsas sahibləri iri çinli məmurlar, icra hakimiyyəti başçıları və ya rayonların digər nifuzlu və zəngin məmurlarıdır. Maraqlıdır ki, adətən belə qanunsuz tikililərin söküliməsi məsələsi ortaya çıxanda, ilk növbədə kasıbların kiçik daxmalarının dağıdılması yada düşür.

Məsələn, qanunsuz evlərin sökülməsi ilə bağlı olaraq bəyanat verən və hər zaman da bu işi gerçəkləşdirən dövlət qurumlarından biri də Dövlət Dəmir Yolları İdarəsidir. Bui darə dəmir yolu xətlrənini yaxınlığında qanunsuz olaraq inşa edilmiş evlərin sökülməsini həyata keçirib və yenə də ara-sıra bəyanatlar eşidilir ki, belə mənzillərin söküntüsü həyata keçiriləcək. Məsələ burasındadır ki, belə mənzillərin sökülməsiylə bağlı olaraq bir sıra istiqamətlərdə də hazırlıq işləri həyata keçirilir.

Bununla belə diqqətə almaq lazmıdır ki, sökülən mənzillər, qanunsuz tikililərlə bağlı olaraq ortada olan faktlar heç də birmənalı şəkildə yüksək çinli məmurlara məxsus olmur.

Maraqlıdır ki, redaksiyamıza daxil olan bir xəbərdə iki dəmir yolu xəttinin mühafizə zolağında yerləşən böyük ticarət mərkəzinin məhz Dövlət Dəmir Yolları İdarəsinin rəisi Arif Əsgərova məxsus olduğu deyilir. DİA.AZ-a verilən məlumatlara əsasən Biləcəri yolunun sol tərəfində yerləşən, Rəsulzadə qəsəbəsinin ərazisinə məxsus olan böyük tikinti Arif Əsgərovun qaynına məxsusdur. İki dəmir yolunun arasında yerləşən bu ərazidə əslində, tikinti işləri aparmaq qadağan olunub. Çünki iki dəmir yolunun arasında yerləşir və indiyə qədər burada tikinti aparılması qadağan olunub. Dördmərtəbəli bina yalnız ticarət məqsədi ilə tikilir. Ticarət Mərkəzində hazırda fəaliyyət göstərən avtosalon, çörək sexi var.Qalan tikinti işləri isə sona doğru irəliləyir. İki mərtəbəsi də yerin altında yerləşən binanın birbaşa Arif Əsgərovun özünə məxsus olduğu bildirilir. Qaynı yalnız onun adı ilə fəaliyyət göstərir və icraçı direktorluq fəaliyyətini Arif Əsgərovun halal-hümbət hədiyyəsi kimi qəbul edib.

Arif Əsgərovun yeni ticarət mərkəzinin yanında bir çox tanınmışların obyektləri də yerləşir. ANS-in vitse-prezidenti Mirşahin Ağayevin dost-doğma xalası uşaqları olan «Məmmədoğulları» şirkətinin (deyirlər ki, əslində, bu obyektlər Mirşahinin özünündür - Red.), Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun, Respublikanın Hərbi Prokuroru Xanlar Vəliyevin obyektləri və torpaqları da burada yerləşir. Görünür, Arif Əsgərov da iri məmurların obyektlərinin sırasında özünə obyekt tikdirməklə, düşünür ki, bu ərazilərdə heç kim söküntü işləri apara bilməz, hətta özü də bunu istəsə…


Geri qayıt