Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCAN, QAZAXISTAN, RUSİYA...

AZƏRBAYCAN, QAZAXISTAN, RUSİYA...


6-03-2012, 15:57
AZƏRBAYCAN, QAZAXISTAN, RUSİYA...

3 ÖLKƏNİN 3-Ü DƏ EYNİ “XƏSTƏLİKDƏN” ƏZİYYƏT ÇƏKİR

Standard & Poor's Rusiya, Qazaxıstan və Azərbaycanın 3 iri neft-qaz şirkəti - "Qazprom", "KazMunayQaz" və ARDNŞ-nin kredit profilinin müqayisəli xarakteristikasını açıqlayıb.

Agentliyin fikrincə, bu şirkətlərin bir sıra oxşar cəhətləri var. Hər üç şirkət neft-qaz sektorundan xeyli asılı olan ölkələrin strateji dövlət aktivləridir. Şirkətlər milli iqtisadiyyatlarda mühüm rol oynayırlar, çünki iri ixracatçı, vergi ödəyicisi və işə götürənlərdir. Dövlət bu şirkətlərə mühüm cari dəstək verir, cəlbedici aktivlərə çıxışı təmin edir. Bu isə Standard & Poor's-ün fikrincə, çox yüksək reytinqi, zərurət olanda təcili dövlət dəstəyi alınmasını təmin edir. Bunun nəticəsi kimi, şirkətlərin reytinqi müvafiq suveren reytinqlərdən çox asılıdır. Digər tərəfdən, bu şirkətlərin sahibi olan dövlətlər daxildə aşağı qiymətlər qoya, şirkətləri strateji, amma az rentabelli aktivlərə investisiya qoymağa məcbur edə, vergiləri artıra və ya onları dövlətlə bağlı olan nisbətən zəif təşkilatlara dəstək verməyə məcbur edə bilərlər.

Bu ümumi cəhətlərə baxmayaraq, Rusiya, Qazaxıstan və Azərbaycanda neft-qaz sahəsinin strukturu və inkişaf tarixi çox fərqlidir və Standard & Poor'sün fikrincə, Qazprom", "KazMunayQaz" və ARDNŞ-nin kredit qabiliyyəti də fərqlidir


Geri qayıt