Əsas Səhifə > Ölkə, Manşet > FARS-MOLLA REJİMİNDƏN DAHA BİR ZƏRBƏ

FARS-MOLLA REJİMİNDƏN DAHA BİR ZƏRBƏ


6-03-2012, 15:41
FARS-MOLLA REJİMİNDƏN DAHA BİR ZƏRBƏ

RƏSMİ TEHRAN ERMƏNİSTANA 300 MİLYON DOLLARLIQ SİLAH ÖTÜRÜR

DİA.AZ: - Azərbaycanla İsrail arasında 1,6 milyard dollarlıq hərbi müqavilə rəsmi Tehranı hələ də qıcıqlandırmaqdadır. Əldə etdiyimiz son məlumatlardan isə aydın olur ki, fars-molla rejimi Azərbaycanın Tel-Əvivlə olan bu əməkdaşlığına cavab olaraq düşmən Ermənistanla hərbi müqavilə imzalamaq niyyətindədir.

DİA.AZ İrana aid xəbər portallarına istinadən bildirir ki, artıq rəsmi İrəvanla fars-molla rejimi arasında müvafiq danışıqlar başlayıb və gələn həftə İranın hərbi qərargah rəisinin müavinlərindən biri sözügedən məqsədlə İrəvana səfər edəcək.

Məlumatlarda deyilir ki, İran da Ermənistana silah yardımı etməyə hazırlaşır: «Təxmini olaraq 300 milyon ABŞ dolları qiymətində silah İrəvana qeyd-şərtsiz bağışlanılacaq».

Hər halda, belə bir faktın mövcudluğu Azərbaycana «şiə qardaşım» deyib arxadan kürəyimizə bıçaq saplayan İranın xarakterinə tam uyğundur. Bu fakt bir daha İranda islami dəyərlərin deyil, fars millətçiliyinin hökmran olmasını təsdiqləməkdədir.


Geri qayıt