Əsas Səhifə > Hadisə > DAHA BİR HİCAB MƏHBUSU AZADLIĞA BURAXILDI

DAHA BİR HİCAB MƏHBUSU AZADLIĞA BURAXILDI


6-03-2012, 13:42
DAHA BİR HİCAB MƏHBUSU AZADLIĞA BURAXILDI

NURANİ MƏMMƏDOV 2011-Cİ İL 6 MAYDA HƏBS EDİLMİŞDİ

2011-ci il 6 may "Hicaba azadlıq" aksiyasında həbs edilmiş daha bir hicab məhbusu azadlığa çıxıb. "Hicaba azadlıq!" aksiyasına görə həbs olunan Nurani Məmmədov artıq həbsdən azad edilib. Nurani Məmmədov 16 saylı cəzaçəkmə müəssisəndə saxlanılırdı. 2011-ci il mayın 6-da Bakıda, Təhsil Nazirliyinin qarşısında keçirilmiş "Hicaba azadlıq!" aksiyasına görə həbs olunan Nurani Məmmədova 2 il həbs cəzası verilmişdi.

Qeyd edək ki, 2011-ci il mayın 6-da keçirilmiş "Hicaba azadlıq" aksiyasında həbs olunanlardan Abdullayev Mayis fevralın 27-sində, Tərlan İsmayılov və Cəlilabad rayonunda hicaba qoyulmuş qadağaya etiraz zamanı həbs olunmuş ruhani Həsən Məmmədov isə martın 1-də 16 nömrəli həbsxanadan azadlığa buraxılıblar.


Geri qayıt