Əsas Səhifə > Gündəm, Manşet > İRANIN BAKIDAKI CASUS ŞƏBƏKƏSİ
İRANIN BAKIDAKI CASUS ŞƏBƏKƏSİ6-03-2012, 12:09 |
DİPLOMATİK KORPUSDA 110 NƏFƏRDƏN 22-Sİ DİPLOMAT STATUSU DAŞIYIR DİA.AZ: - Son vaxtlar Qərbin İrana rejiminə basqılarının artması regiondakı siyasi vəziyyəti daha da gərginləşdirib. Belə ki, günbəgün ətrafındakı çevrənin daraldığını görən rəsmi Tehran proseslərin axınını özündən yayındırmaq üçün qonşulara təzyiqi artırmağa başlayıb. Xüsusən də Azərbaycana qarşı basqılar daha qabarıq şəkil alıb. İllərdir «cəhənnəmə gedən özünə yoldaş axtarar» prinsipi ilə hərəkət edərək ölkəmizin Qərbə inteqrasiyasına qısqançlıqla yanaşan molla rejimi, artıq Azərbaycana qarşı bir növ açıq savaş elan edib.Tehran bununla rəsmi Bakını tutduğu ədalətli mövqedən çəkindirməyə çalışır. DİA.AZ-ın bildirdiyinə görə, İranda belə güman edirlər ki, Azərbaycan bir İslam dövləti kimi Qərblə bu ölkə arasındakı qarşıdurmada və mümkün savaşda birmənalı olaraq öz dindaşının - İranın yanında yer almalıdır. rəsmi Bakı isə bu məsələdə daha ədalətli mövqe nümayiş etdirərək, hətta İranın illərdir düşmənlərimizə - Ermənistana iqtisadi, siyasi və hərbi dəstək göstərməsinə, eynilə illərdir Bakı kəndlərində və cənub bölgəsindəki separatçılığı qızışdırmaq cəhdlərinə rəğmən, tərəflər arasındakı balansı qorumağa çalışır. Bu, başqa cür də ola bilməz. Çünki Azərbaycan bir qonşu dövlət olaraq İran hakimiyyətinin mahiyyətinə daha yaxından bələddir və burada din pərdəsi adı altında insanların on illərdir necə əsarətdə saxlanılması, o cümlədən Güneydəki 35 milyon soydaşımızın da molla rejimi tərəfindən bütün insani hüquqlardan məhrum edilməsi rəsmi Bakıya çox yaxşı bəllidir. Eyni zamanda, Azərbaycanın dövlətçilik maraqları da dünyada terrorizmə dəstək verən bir ölkə kimi tanınan İranın bu və ya digər məsələlərdə dəstəkçisi olmasını mümkünsüz edir. Təəssüf ki, cənub qonşumuz Azərbaycanın tutduğu bitərəf mövqeni heç cür qəbul etmək istəmir. Hətta vəziyyət o həddə çatıb ki, bu gün hansısa Avropa ölkəsindən Azərbaycana reallaşdırılan diplomatik səfərlər belə, İranda böyük narahtlıqlara səbəb olur. Son zamanlar bu ölkədən Azərbaycana qarşı müxtəlif yönlü ittihamların irəli sürülməsini də məhz bu narahatlıqlarla əlaqələndirmək olar. İran bu bəyanatla əslində Azərbaycandakı öz çirkin əməllərini ört-basdır etməyə çalışırdı. Çünki bu açıqlamanın MTN-nin Bakıda İranın xüsusi xidmət orqanı olan Sepah ın və «Hizbullah»ın yaratdığı terrorçu dəstəni zərərsizləşdirdikdən sonra gündəmə gəlməsi təsadüfi deyil. Son günlər apardığımız araşdırma nəticəsində bəlli oldu ki, İranın Bakıdakı diplomatik korpusunda çalışan nümayəndələrin sayı 97 nəfərdir. Əgər biz Naxçıvandakı konsulluğun əməkdaşlarının sayını da buraya əlavə etsək, bu rəqəm 110-a çatır. Hansı ki, həmin 110 nəfərdən cəmi 22 nəfər diplomat statusu daşıyır. Çox maraqlıdır ki, qalan 88 nəfər əməkdaş bu gün hansı məqsədlə Bakıda fəaliyyət göstərir? Belə çıxır ki, Tehran Azərbaycandakı 22 diplomatının hər birinə sürücü, aşbaz, xadimə və.s. kimi xidmət göstərmək üçün 4 nəfər işçi ayırıb?! Əslində isə bu şəxslərin böyük əksəriyyətinin Bakıda casus kimi fəaliyyət göstərdiyi heç kimə sirr deyil. O cümlədən, Azərbaycanda fəaliyyət göstərən bir çox qurumların, məsələn, İran Milli Bankının Bakı nümayəndəliyi, Şəhriyar adına Mədəniyyət Mərkəzi, Qızıl Aypara Cəmiyyəti və.s. təşkilatların əməkdaşları, eləcə də bir sıra mətbu orqanların, ölkəmizə gələn iranlı tələbələrin, hətta oxumaq məqsədilə İrana gedən gənclərimiz arasında da bu ölkənin xüsusi xidmət orqanlarına çalışan insanların mövcudluğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, molla rejimi Azərbaycandakı kəşfiyyat xidmətinə hər il milyonlarla dollar xərcləyir. Halbuki, bütün bunların qarşılığında Azərbaycanın İrandakı səfirliyində ümumilikdə 21 nəfər fəaliyyət göstərir. Onların da cəmi 11 nəfəri rəsmi diplomat statusunda çalışır. Hər iki dövlətin ərazisi arasında müqayisə apardıqda isə bu rəqəmlərin tamamilə bir-birinə tərs mütənasib olduğu aydın olar. Geri qayıt |