Əsas Səhifə > Hadisə, Manşet > ZİYA MƏMMƏDOVA QARŞI YENİ KAMPANİYA

ZİYA MƏMMƏDOVA QARŞI YENİ KAMPANİYA


5-03-2012, 15:17
ZİYA MƏMMƏDOVA QARŞI YENİ KAMPANİYA

NN ŞEFİNDƏN MƏTBUATA ŞANTAJ XARAKTERLİ «FAKTLAR» ÖTÜRÜLÜR

DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədovun başı cəncəldədir. Taksiçilərin qiyamı, Qubada baş verənlər azmış kimi indi də NN şefinə qarşı mətbuatda çirkin bir kampaniyaya başlamaq istəyirlər. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Ziya Məmmədov birbaşa olaraq Prezident Administrasiyasının hədəfində olduğundan bütün bu işlərin arxasında da sözügedən qurumda təmsil olunan simalar dayanmaqdadır.

Bildirək ki, artıq bir neçə qəzetin redaksiyasına çox şübhəli xarakter daşıyan qondarma faktlar ötüülüb: «Həmin «faktların» birbaşa hədəfi Ziya Məmmədovdur. Hətta nəqliyyat nazirinin oğlu ilə bağlı da ilginc məlumatların yer aldığı materiallar var. Təbii ki, burada hansı məqsədin güdüldüyü aydındır. Nəyin bahasına olursa-olsun Ziya Məmmədov gözdən salınmalıdır və bu zaman da mətbuatın əli ilə NN şefi barəsində mənfi rəy yaradılır».

Mənbəmizin sözlərinə görə, Ziya Məmmədov buna qədər də eyni ünvan tərəfindən hədəfə alınmışdı: «O zamanlar bütün bu işlərin təşkilatçısı kimi YAP-çı deputat Rəbiyyət Aslanovanın PA-da yüksək vəzifə tutan oğlu Elnur Aslanovun adı çəkildi. Maraqlıdır ki, belə bir aydınlamadan sonra da vəziyyətin gərginliy aradan qalxmadı və PA-ya yaxınlığı ilə seçilən mətbuatda antiMəmmədov ruhlu yazıların sayı durmadan artmağa başladı».

Son olaylara gəlincə isə bu barədə danışan mənbəmiz vurğulayır ki, Ziya Məmmədovun hətta müxalifət düşərgəsi ilə «əlaqələrinin» olmsı da iddia edilir: «Gülməlidir ki, Ziya Məmmədov müxalifətə yardım edən bir məmur kimi təqdim olunur. Bir yazıda bu «məlumat» yer alıb. Hələlik həmin yazıları kimin dərc edəcəyi bəlli deyil. Bildirim ki, bu ayı xidmətinin müqabilində qəzet redaksiyalarına çox ciddi məbləğdə pul da təlkif olunacaq».

Mövzu diqqətimizdədir…


Geri qayıt