Əsas Səhifə > Hadisə > ORXAN KƏRİMOVUN MƏHKƏMƏSİ BAŞ TUTMADI
ORXAN KƏRİMOVUN MƏHKƏMƏSİ BAŞ TUTMADI5-03-2012, 12:00 |
SƏBƏBSƏ VƏKİLİN OLMAMASI OLUB Təhsil Nazirliyinin maliyyə şöbəsinin həbsdə olan sabiq müdir müavini Orxan Kərimovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası baş tutmayıb. APA-nın xəbərinə görə, bu gün iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə hazırlıq iclası keçirilməliydi. Lakin vəkillərdən biri gəlmədiyi üçün hazırlıq iclası martın 12-nə təyin edilib. Qeyd edək ki, Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunan O. Kərimova qarşı sonradan Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3.2-ci (təkrar törədildikdə) və 3.3-cü (külli miqdarda rüşvət alma) bəndləri ilə də əlavə ittihamlar elan edilib. Geri qayıt |