Əsas Səhifə > Gündəm, Manşet > ETİBAR PİRVERDİYEV NAZİR POSTUNA GƏTİRİLİR

ETİBAR PİRVERDİYEV NAZİR POSTUNA GƏTİRİLİR


5-03-2012, 11:50
ETİBAR PİRVERDİYEV NAZİR POSTUNA GƏTİRİLİR

“AZENERJİ” PREZİDENTİNİN NATİQ ƏLİYEVİ ƏVƏZLƏYƏYƏCƏYİ BİLDİRİLİR

DİA.AZ: - Bir müddət əvvəl Etibar Pirverdiyev mətbuatda az qala «xalq düşməni» kimi müəyyən edilərək hədəfə alındı. Ölkə paytaxtında yaşanılan bir günlük elektrik böhranı «Azenerji» şefinin rəqiblərin sanki həvəsləndirmişdi. Bütün qəzetlərin gücündən Pirverdiyevin devrilməsi üçün istifadə edilsə də, buna nail ola bilmədilər. Əksinə, prezident İlham Əliyev həmin ərəfədə məhz Dövlət Bayraq Meydanının tikintisində yol verdiyi yeyinti ilə bağlı ittiham olunan Etibar Pirverdiyevə «stavka» etdi və əlavə olaraq sözügedən inşaat işlərinə 10 milyon manatlıq vəsait də ayırdı. Bu qərar isə sanki «Azenerji» şefinə rəqib cinahda dayananlar üçün bir siqnal rolunu oynadı.

Həmin olaylarla bağlı redaksiyamızı bilgiləndirən hökumət içindəki məlumatlı mənbə iddia edir ki, əslində Etibar Pirverdiyevin gedişi ilə bağlı qərar verilmişdi: «Məlumdur ki, Pirverdiyevi «vuran» tərəf Prezident Administrasiyası idi. Hətta PA rəhbəri Ramiz Mehdiyev Pirverdiyevein yerinə kadr da tapmışdı. Amma hadisələrin inkişaf axarı prezidentin proseslərə müdaxiləsinin ardından tamamən əks istiqamətə doğru dəyişdi».

Mənbəmizin DİA.AZ-a bildirdiyinə görə, Etibar Pirverdiyevə prezidentin qəzəblənməsindən sui-istifadə edən qüvvələrin əsl niyyətinin baş tutmamasında dövlət başçısı birbaşa səbəbkardır: «Çünki Etibar Pirverdiyevin özü də artıq «vurulacağı» anı gözləyirdi. Hətta onun hər axşam AzTV-nin xəbərlərini həyəcanla izlədiyini görənlər də olmuşdu. Bu isə vəziyyətin nə qədər kritik həddə çatmasından xəbər verməkdədir».

Beləcə, Ramiz Mehdiyevlə döyüşdən qalib ayrılan Etibar Pirverdiyev əvvəlki əzəmətini qorumağa müvəffəq olur. Mənbəmizin bildirdiyinə görə, «Azenerji» şefi ilə bağlı yeni planlar isə onun gücünün üstünə güc qatacaq: «Əslində, Etibar Pirverdiyev həm də Ramiz Mehdiyevin hədəfində olması səbəbindən şanslı tərəfə çevrildi. Çünki antimehdiyevçi qüvvələr onu ciddi şəkildə müdafiə etməklə yanaşı, bu gün Pirverdiyevi nair postuna gətiməyi belə düşünürlər».

Hələlik «Azenerji» şefinin konkret olaraq hansı nazirliyə gətiriləcəyi dəqiq bilinməsə də, ilkin məlumatlar var: «Tam təsdiqlənməyib. Amma ola bilsin ki, Natiq Əliyev energetika naziri postundan alınaraq Belorusiyaya səfir göndərilsin. Və onun yerinə də Etibar Pirverdiyevin təyin edilməsi planı var».

Mənbəmizin sözlərindən o da aydın oldu ki, əgər bu dəyişiklik baş verməzsə, Etibar Pirverdiyevin başqa bir nazirliyə rəhbər gətirilməsi ideyası var: «Nazirlərdən birinin də mövqeyi oynaqdır. Onunla bağlı planlar hələ xeyli əvvəldən var. Və əgər «Avroviziya» yarışmasından sonraya nəzərdə tutulan dəyişikliklərdə ilk olaraq həmin nazir «vurulsa», o zaman Pirverdiyev onu əvəzləyəcək. Bütün bu məsələlər daha çox iqtidardaxili ab-havanın inkişaf yönündən asılıdır».


Geri qayıt