Əsas Səhifə > Hadisə, Manşet > QUBADA YENİ MİTİNQ PLANLAŞDIRILIR

QUBADA YENİ MİTİNQ PLANLAŞDIRILIR


3-03-2012, 15:16
QUBADA YENİ MİTİNQ PLANLAŞDIRILIR

RƏSMİ QURUMLAR İSƏ “HƏR ŞEY YAXŞIDIR” AÇIQLAMASINI VERİRLƏR

DİA.AZ: - Qubada vəziyyət əvvəlkitək gərgin olaraq qalır. Yerli mənbələrin DİA.AZ-a verdikləri məlumata görə, ötən sutkalarda 16 nəfər, o cümlədən iğtişaşlarda iştirak ittihamı üzrə bir sahibkar saxlanılıb.

Mənbənin məlumatına görə, saxlanılan şəxslərin azadlığa buraxılması tələbi ilə şəhərin mərkəzi meydanında aksiya hazırlanır. Rayon administrasiyasının binası gücləndirilmiş polis və DİN çevik alayının nəzarətinə götürülüb. Lakin şəhərdə Daxili Qoşunların bölmələri görünmür.

Qeyd edək ki, saxlanılanlar barədə məlumat hələ ki rəsmi təsdiqlənməyib. Rayon prokurorunun köməkçisi Samir İsmayılov Turan-ın müxbiri ilə söhbətində saxlanılanlar və həbslər barədə məlumatı təkzib edib.

Eyni zamanda 1 mart hadisələri ilə bağlı saxlanılanların və həbs edilənlərin olmasına dair sualın cavabında S.İsmayılov deyib ki, bu barədə məlumatı yoxdur, çünki istintaqı Baş Prokurorluq yanında Ağır Cinayətlər üzrə İstintaq İdarəsi aparır.

Baş Prokurorluqdan şərh almaq mümkün olmayıb.


Geri qayıt