Əsas Səhifə > Cəmiyyət > ABİD ŞƏRİFOV FÖVQƏLADƏ MÜŞAVİRƏ KEÇİRDİ

ABİD ŞƏRİFOV FÖVQƏLADƏ MÜŞAVİRƏ KEÇİRDİ


3-03-2012, 14:55
ABİD ŞƏRİFOV FÖVQƏLADƏ MÜŞAVİRƏ KEÇİRDİ

BAKIDA DAHA BİR ƏRAZİ SÜRÜŞÜR

“Son 3 gündə Bakının Xətai rayonunun General Şıxliniski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə sahəsində intensiv dəyişkənlik baş verib. Yəni sürüşmə prosesi davam edir”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.

Onun sözlərinə görə, bununla əlaqədar bu gün həmin ərazidə baş nazirin müavini Abid Şərifovun iştirakı ilə müşavirə keçirilib: “Sürüşmə ilə əlaqədar tədbirlər planı hazırlanıb. Təcili olaraq ərazidə sürüşmənin qarşısını almaq üçün tədbirlər həyata keçirilməlidir. Sürüşmənin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təklif olunmuş tədbirlər planı həyata keçiriləcək”.

Ş. Niftiyev qeyd edib ki, müşavirədə sürüşmənin qarşısını almaq üçün tədbirlər görülməsi üçün tapşırıqlar verilib: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ərazidə bərkitmə işlərinin dərinliyini öyrənmək və sürüşmənin dinamikasını müəyyən etməkdən ötrü mühəndis geoloji tədqiqatları davam etdirəcək. Qalan tədbirlərlə əlaqədar da müvafiq qurumlara tapşırıqlar verildi”.

ETSN təmsilçisi bildirib ki, hazırda sürüşmə sahəsinin eni 150 metrə, uzunluğu 230-250 metrə qədərdir. Son 2 gündə çatların eni və uzunluğu artıb, çökmə prosesləıri intensivləşib və sürüşmə aktiv formada inkişaf eləyir.


Geri qayıt