Əsas Səhifə > Ölkə > QUBA İCRA HAKİMİYYƏTİNDƏ MÜŞAVİRƏ

QUBA İCRA HAKİMİYYƏTİNDƏ MÜŞAVİRƏ


2-03-2012, 12:19
QUBA İCRA HAKİMİYYƏTİNDƏ MÜŞAVİRƏ

RAYONDA HƏLƏLİK SAKİTLİKDİR

Quba rayonunda sakitlikdir. Martın 1-də aksiya keçirilən meydanda hələ də post-patrul xidməti maşınları dayanmaqdadır. İcra hakimiyyəti və polis şöbəsinin qarşısında da polis əməkdaşları var.

Rayonda olan Baş Prokurorluq əməkdaşlarının hazırda aksiyaların keçirildiyi meydanda çəkilişlər apardıqları bildirilir. Cinayət işi ilə əlaqədar adamların polisə və rayon prokurorluğuna dəvət olunduğu barədə də məlumatlar var.

Rayon sakinlərinin Azadlıqradiosuna verdiyi məlumata görə, indiyə qədər 15-ə qədər adam polisə aparılıb.

Hazırda Quba rayon icra hakimiyyətində müşavirə keçirilir.


Geri qayıt