Əsas Səhifə > Cəmiyyət > FIRILDAQÇI 100 MİN DOLLAR ƏLƏ KEÇİRİB

FIRILDAQÇI 100 MİN DOLLAR ƏLƏ KEÇİRİB


2-03-2012, 12:04
FIRILDAQÇI 100 MİN DOLLAR ƏLƏ KEÇİRİB

HƏMİN ŞƏXS POLİS TƏRƏFİNDƏN YAXALANIB

Bakıda dələduzluqla məşğul olan şəxs həbs edilib.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Allahyar Əliyev tutularaq istintaqa təhvil verilib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, təqsirləndirilən A. Əliyev bir qrup şəxslə əlbir olaraq vətəndaşları işə düzəltmək adı ilə onlara qarşı dələduzluq əməlləri törədib. Onlar bu yolla ümumilikdə 100 min ABŞ dollarına yaxın pul mənimsəyiblər. Sözügedən dəstənin bir neçə üzvü artıq tutulub.

Hazırda istintaq tədbirləri davam etdirilir.


Geri qayıt